Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qarabağ icması bəyanat yaydı

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb...

İcmadan daxil olan bəyanatda deyilir:

"12 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində ərazilərimizi işğal etmək məqsədilə Ermənistan Silahlı Qüvvələri hücum etmişdir. Ermənistanın bu cəhdi bizə 1990-cı illərin əvvəllərində məruz qaldığımız işğalı və öz ata-baba yurdlarımızdan qovulduğumuz faciəvi günləri xatırlatdı. O vaxt Qarabağ bölgəsi və ətraf rayonlar işğalın hədəfi idisə, indi, cəzasızlıq hissindən ruhlanan Ermənistan, Azərbaycanın digər ərazilərini işğal etməyə çalışır.

Bu bir daha sübut edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir və bizim əzəli torpaqlarımıza qayıtmağımıza imkan vermək niyyətində deyil. Ermənistanın bu cəhdləri bizi doğma yurdumuza geri dönmək əzmimizdən çəkindirmir və pozulmuş hüquqlarımızın bərpa edilməsinə mane ola bilməyəcək. Dövlət sərhəsində törədilmiş bu təxribat göstərir ki, Ermənistan yeni münaqişə ocağı yaratmaqla diqqəti Qarabağ münaqişəsindən və işğal faktından yayındırmaq istəyir. Lakin, Ermənistan heç bir vəchlə buna nail ola bilməyəcək.
Ermənistanın daxilində sosial-iqtisadi problemlər kəskinləşir, hökümət COVID-19 pandemiyası ilə bacara bilmir və bu səbəbdən belə təxribatlara əl atmaqla diqqəti fərqli istiqamətə yönəltmək istəyir.

İşğalçı ölkə BMT Baş Katibinin Qlobal Atəşkəs təşəbbüsünü sözdə dəstəklədiyini bildirir, ancaq riyakarcasına hərbi təxribatlar törədir.
Regionda gərginliyə son qoyulması üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edilməli və bütün azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi

"Nə tez məni xalq düşməni etdiniz?" - Elnarə Xəlilova

Karantin yenidən sərtləşdirilə bilər? – Rəsmi açıqlama

Sabiq deputatın klinikasına hücum oldu, işçilərə xəsarət yetirildi - Foto

“TƏBİB ancaq yerdəyişmə etməklə məşğuldur, başqa heç nə bacarmır...”

"Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir" - Nadir Qafarzadə

Artıq Azercell abonentləri "MilliÖn"dən kontur yükləyə bilməyəcək

Toy fotosessiyası yarım qaldı: Bəylə gəlinin dəhşətli partlayışdan qaçma görüntüləri - Video

loading...

Ən çox oxunanalar