Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiya - “Talban” əlaqəsi: Müdafiə Nazirliyi tapmacanı çözməyə çalışır

Pentaqon “New York Times” qəzetində bildirilən Rusiya hərbi kəşfiyyatı ilə “Taliban” arasında “şəriklik” haqqında sızıntıları araşdırır...

İqor Subbotin

“Nezavisimaya qazeta”, 12.06.2020

Bu barədə müdafiə naziri Mark Esper məlumat verib. Onun sözlərinə görə, qəzetin məlumatları bir sıra idarələr tərəfindən dəstəklənmir. Eyni zamanda, Donald Tramp rəsmiləri qalmaqala görə məsuliyyəti sabiq prezident Barak Obamanın komandasının boynuna qoymaq şansı əldə ediblər. Ən azı, bu təəssürat digər nəşrlərdəki materiallardan yaranır.

Esper bildirib ki, Müdafiə Nazirliyi “New York Times” qəzetində “Taliban”ın maliyyələşdirməsindəki “Rusiya izi” ilə əlaqədar məqalələrin əsasını meydana gətirən kəşfiyyat açıqlamasının təfərrüatlarını araşdırır. “Məlumat sızmalarını müəyyən etmək üçün istintaq başlayıb. Bütün bunlar ölkəmizin təhlükəsizliyinə xələl gətirir. Qoşunlarımıza, onların təhlükəsizliyinə ziyan vurur, digər ölkələrlə münasibətlərimizə təsir göstərir və milli siyasətimizi pozur”.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsindəki dinləmələrdə danışan müdafiə naziri “New York Times”-ın tapıntılarının bir sıra qurumlarda təsdiqlənmədiyini açıqlayıb.

Rusiya Federasiyası ilə “Taliban” arasında iddia edilən əməkdaşlıq barədə məlumat hətta Amerika hərbi kəşfiyyatında da yoxdur. ABŞ Baş Qərargah Rəhbərləri Komitəsinin sədri general Mark Millinin dediyi kimi, “bu təsdiqlənməmiş spesifik, ehtiyatlı hesabatdır.”

Bununla birlikdə, Milli bildirib: “Biz illərdir Rusiyanın Əfqanıstandakı vəziyyətə öz milli təhlükəsizliyi üçün qarışdığını bilirik. Rusiya dostumuz deyil və onların iştirakı narahatedicidir. Bunu yaxından izləyirdik və müvafiq tədbirlər görürük”.

Hərbi rəhbərin sözlərinə görə, təkcə Rusiya Federasiyası deyil, bir sıra digər regional oyunçular da Əfqanıstandakı radikal ünsürlərlə qarşılıqlı əlaqə yaratmağa çalışırlar.

“New York Times”-dakı məqalə ilə bağlı qalmaqal hələ də sakitləşməyib. Ötən həftəsonu Tramp “Twitter”-də məqaləni “informasiya tullantısı” adlandırıb. “Onların (jurnalistlərin -“NQ”) mənbəyi yoxdur. Onlar bunu uydurublar”, – deyə Amerika dövlətinin başçısı yazıb.

Eyni zamanda, “Washington Post” və “Fox News” qəzetinin köşə yazarı, mühafizəkar Amerika Sahibkarlıq İnstitutunun tədqiqatçısı Mark Tissenə verdiyi müsahibədə o, Rusiya tərəfinin Əfqanıstandakı münaqişəyə müdaxilə etməyə çalışdığı iddialarını şübhə altına alıb. Tramp deyib: “SSRİ Əfqanıstanda bu qədər ciddi məğlubiyyətə uğradığı üçün Rusiya oldu”.

Trampın qıcıqlanması başadüşüləndir. Rus hərbi kəşfiyyatının Əfqanıstanda yerləşən xarici əsgərlərin öldürülməsi üçün “Taliban” fraksiyalarından birinə mükafat təklif etdiyini söyləyən ABŞ nəşrinin materialları ekspertlər və siyasətçilər arasında ABŞ və yaraqlıların bu ilin fevralında Qətərdə bağladığı sülh razılaşmasının məqsədəuyğunluğuna şübhə yaradır. Bu razılaşmalar radikal hərəkat üzvlərini Əfqanıstan ərazisində xarici hərbi heyətə hücumlara son qoymağı məcbur edir. Onların davamlı barışa dair iddiaları Tramp rəhbərliyi tərəfindən dəfələrlə qeyd edilib.

Bu baxımdan, Birləşmiş Ştatlar prezidenti üçün, növbəti seçkinin yaxınlaşdığını nəzərə alsaq, qalmaqaldan uzaqlaşmaq son dərəcə vacibdir. Bunun üçün yaxşı bir səbəb “Axios” portalının Rusiya kəşfiyyatı və “Taliban”la əlaqə barədə məlumatların hələ Obama administrasiyası dövründə ortaya çıxdığını bildirən məqaləsidir.

əşrin mənbələri Birləşmiş Ştatların 44-cü prezidentinin ikinci müddətində Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) “Taliban”ın bu cür “sponsorları”nın “fəal müzakirə” edildiyini söyləyib.

Məqalədə qeyd olunur ki, hətta Amerika kəşfiyyat icması bu hesabatların etibarlılığını şübhə altına alsa da, onların mövcudluğu barədə geniş ictimaiyyətə məlumat verməmək qərarı alınıb.

Bu, qismən Obama administrasiyasındakı qalmaqalın günahını proqnozlaşdırmağa və o zaman vitse-prezident olan, dövlət başçısı postuna namizəd Cozef Baydenə zərər verməyə imkan verir.

Ekspert icması keçmişdə Rusiya gizli əməliyyatlarına cavabdeh olan bəzi şəxslərin Kremlin siyasi xəttinin sərtliyini əsassız qiymətləndirdiyini qeyd edib. Onların rəyincə, “New York Times” hekayəti inanılmaz görünür.

Harvardın Belfer Elm və Beynəlxalq Münasibətlər Mərkəzinin Rusiya məsələləri proqramının direktoru Simon Saracyan bildirib: “Vladimir Putinin ağıllı bir oyunçu olduğuna inanıram. Mənə elə gəlir ki, o və bütövlükdə Rusiya rəhbərliyi belə bir sxemi təsdiqləməklə, az şey qazana və daha çox itirə bilərdi. ABŞ gec-tez belə bir sui-qəsdi aşkarlayacağına və qisas alacağına görə…”

Tərcümə: Strateq.az

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası: Bentley, Range Rover, Mercedes... - Foto

Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir...

Erkin Qədirli müəllimlərin maaşlarının 50% endirilməsini təklif edib?

Hadi Rəcəblinin rəis qardaşını işdən çıxardılar

"Ziya Məmmədovun indi durub Ramiz Mehdiyevi müdafiə etməsi..."

“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov  

Rayonlara avtobuslarla gediş-gəlişlə bağlı rəsmi açıqlama

“Yaxın günlərdə Dağlıq Qarabağda təmizləmə əməliyyatı gözlənilir” – Deputat

Əhməd Əhmədzadə dostu Mirkamil Seyidova nəyin müqabilində vəzifə verib?

“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama

loading...

Ən çox oxunanalar