Cümə, 14 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək” - XİN

Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı alınıb, düşmən qüvvələri adekvat cavab zərbələri ilə üzləşib...

Bu gün ərzində bölgədə gərgin vəziyyət davam edib və Ermənistan silahlı qüvvələrinin bütün həmlələri müvafiq əks tədbirlər ilə cavablandırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Report"a bildirilib ki, Ermənistan silahlı qüvvələri 13 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndini və buradakı dinc sakinləri iriçaplı silahlardan istifadə etməklə hədəfə alıb. Bu əməli ilə Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirib:

"2016-cı ilin aprel hadisələrində olduğu kimi Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutan Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur. Bu təxribatın arxasında duran Ermənistan rəhbərliyi isə öz nasist xislətini üzə çıxarır.

Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycanlı mülki əhali arasında hələ ki, itki yoxdur və düşmənin bütün həmlələrinin qarşısı müvafiq şəkildə alınır. Ermənistan rəhbərliyi əmin olsun ki, Azərbaycan silahlı qüvvələrinin döyüş meydanında göstərdiyi yüksək əzmi və şücaəti hər bir azərbaycanlı mülki şəxsi bölüşür və eyni ilə nümayiş etdirir. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir və beynəlxalq hüquqa əsaslanır.

Təcavüzkar siyasətini davam etdirən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirməyə çalışan Ermənistan rəhbərliyi əmin olsun ki, bu siyasət ona rüsvayçılıq, iflas və özünü məhvetmədən başqa bir şey vəd etmir. Ermənistan rəhbərliyi düşünməsin ki, onların törətdiyi əməllər cəzasız qalacaq. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və bu ölkə törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir".

pia.az


Etiket: XİN

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama

Azərbaycan siyasətinin sirrli qapısı - Eldar Həsənov kimdir?

XİN strukturunda diplomatlarla pullar oğurlanıb - İstintaqla bağlı yeni sensasiyalı xəbərlər

Nəcməddin Sadıqova qarşı kampaniya niyə dayanmır?

Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu

Heydər Əliyev Eldar Həsənovu işdən niyə çıxarmışdı?

Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı 

Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır? 

loading...

Ən çox oxunanalar