Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Azərbaycana və Ermənistana çağırış etdi

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın sərhədindəki toqquşmaları pisləyir və tərəfləri dərhal güc tətbiqini dayandırmağa çağırır... 

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin başçısı Morqan Ortequsun bəyanatında deyilir.

"Birləşmiş Ştatlar qəti surətdə ErmənistanAzərbaycanın dövlətlərarası sərhədindəki zorakılığı pisləyir. Biz tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmaq, həmçinin atəşin dayandırılması rejiminə qəti tərəfdar olmaq üçün onlar arasındakı mövcud rabitənin birbaşa kanallarından istifadə etməyə çağırırıq", - o deyib.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə qətiyyətli olaraq qalır. Biz bu hədəfin nailiyyətinə yönəldilmiş səylərdə fəal iştirak etməyə davam edəcəyik.

ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaq çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir”, - ABŞ-ın xarici siyasət idarəsində bildiriblər.

pia.az 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar