Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxt nəqliyyatının pandemiya sınağı - Sərnişindaşıma necə təşkil olunub?

Artıq yeddi aya yaxındır bütün dünyanın əsas gündəmi koronavirus pandemiyası, onun həyatın bütün sahələrində yaratdığı böhranlı vəziyyətdir... 

Qobal bəlaya çevrilən koronavirus pandemiyası bir tərəfdən insanların sağlamlığını təhdid edir, onları ölüm təhlükəsilə üz-üzə qoyursa, digər tərəfdən də sosial həyatı sıradan çıxarmaqda, iqtisadiyyatın bütün sahələrinə ağır zərbə vurmaqdadır.

Bu gün məhz koronavirusun təsiri ilə dünyanın əksər ölkələrində ciddi sosial - iqtisadi çətinliklər müşahidə olunur. İnsanlar iş yerlərini, gəlirlərini itirir, həyat səviyyəsi aşağı düşür.

Koronavirus pandemiyasının təsirləri artıq 4 aydan artıqdır ki, Azərbaycanda da müşahidə edilməkdədir. Düzdür, ölkə başçısının həyata keçirdiyi sistemli tədbirlər sayəsində Azərbaycanda koronavirus pandemiyasının əhalinin həyat səviyyəsinə və sahibkarlara mənfi təsirləri daha az hiss olunmaqdadır. Bunun üçün iqtisadi sferada bir sıra mühüm addımlar atılıb. Kiçik və orta sahibkarlığın iqtisadi dalğalanmalardan qorunması məqsədi ilə əhəmiyyətli iqtisadi paketlər işlənib hazırlanıb.

Ancaq təbii ki, dövlətin bütövlükdə sahibkarların itkilərini, zərərlərini qarşılaması mümkün deyil. Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da koronavirus pandemiyasının əsas zərbəsi məhz iş adamlarına dəyib. Təbii ki, bunların içərisində bir sıra sektorlarda fəaliyyət göstərən şirkətlər, sahibkarlar daha çox ziyan çəkib.

Pandemiyanın ciddi təsirinə məruz qalan biri də, heç şübhəsiz nəqliyyat sektorudur. Dövlətlərin sərhədlərini qapatması, ölkələrarası və şəhərlərarası gediş-gəlişin dayandırılması, vaxtaşırı uzunmüddətli karantin rejiminin tətbiq edilərək, əhalinin hərəkətinin məhdudlaşdırılması ilə nəqliyyat sistemi demək olar ki, iflic edib. Bu sahədə fəaliyyət göstərən şirkətlər, sahibkarlar böyük çətinliklərlə üzləşib.


Azərbaycanda da xüsusi karantin rejimi günlərində sərnişinlərin azlığı, ciddi karantin rejimində isə avtobusların tamam işləməməsi təbii ki, sahibkarlara böyük ziyan vurub. Düzdür, dövlət büdcəsindən bu zərəri kompensasiya etmək üçün digər sahələrə olduğu kimi, nəqliyyat sisteminə də xeyli vəsait ayrılıb.

Ancaq karantin rejiminin uzanması, pandemiyanın təsirinə məruz qalan sahələrin, iş adamları və vətəndaşların sayının artması dövlətin sahibkarların bütün zərərlərini qarşlamasını mümkünsüz edir.

Ona görə də nəqliyyat sektorunda, o cümlədən paytaxtda sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin gündən-günə artan zərərlərinin dövlət tərəfindən qarşılana bilməsi mümkün deyil.

Nəzərə alsaq ki, bu şirkətlərin bir çoxu avtobus parkını yeniləmək üçün böyük kreditlər götürüb, pandemiyanın onlara hansı zərbəni vurduğunu təsəvvür etmək çətin olmaz...

Bu da bəzi sahələr kimi, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkarlardan da fədakarlıq göstərməyi, zərərə düşsələr belə öz fəaliyyətlərini ara vermədən davam etdirməyi tələb edir.

Ədalət naminə qeyd etmək lazımdır ki, sərnişindaşıma ilə məşğul olan şirkətlər bu məsuliyyətli işin öhdəsindən layiqincə gəliblər. Tam əminliklə demək olar ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar dövlətin dəstəyinə qarşılığını artıqlaması ilə verməkdədirlər. “BakuBus” MMC, “Xaliq Faiqoğlu” MMC , “Çinar-Trans” MMC və paytaxtda sərnişindaşımanı həyata keçirən digər şirkətlər karantin rejimində əhalinin təhlükəsiz şəkildə daşınmasını yüksək səviyyədə təmin ediblər.

Təbii ki, bunda tənzimləyici qurum olaraq Bakı Nəqliyyat Agentliyinin rolunu diqqətdən qaçırmaq olmaz. Agentliyin təqdim etdiyi düzgün yanaşma, şəffaf idarəetmə sistemi nəqliyyat şirkətlərinin Bakı şəhərində sərnişindaşımanın təşkilində mövcud çağırışlara operativ reaksiya verməsinə imkan yaradıb.

Yəni, vaxtında görülən tədbirlər, şəhərdə sərnişindaşıma ilə məşğul olan şirkətlərin avtobus parkının artırılmasının və yenilənməsinin təmin edilməsi pandemiya şəraitində paytaxtda əhaliyə təhlükəsiz və keyfiyyətli şəkildə nəqliyyat xidmətinin göstərilməsinə şərait yaradıb.

Məhz bunun nəticəsidir ki, paytaxda metronun çalışmadığı iki aydan artıq müddətdə sərnişindaşımaların ancaq avtobuslarla icra edilməsi mümkün oldu. Bakı Nəqliyyat Agentliyi və sərnişindaşıma ilə məşğul olan şirkətlərin birgə səyi nəticəsində hər gün 100 minlərlə insanın xidmətindən istifadə etdiyi metronun dayandığı halda, paytaxtda əhali nəqliyyatla bağlı problemlə qarşılaşmadı.

Razılaşaq ki, həm metronun “yoxluğunu” hiss etdirməmək, həm də əhalini sosial məsafəni qorumaqla daşımaq üçün hər gün maksimal sayda avtobusun xəttə çıxarılması, əlavə olaraq ehtiyat avtobusların ayrılması özü-özlüyündə çox çətin və ağır bir prosesdir. Normalda bu işləri həyata keçirmək üçün günlərlə vaxt sərf olunur. Həm avtobuslar hazırlanmalıdır, sürücülər təlimatlandırılmalıdır, marşrut xətti onlara tanıdılmalıdır.

Ancaq pandemiya ilə bağlı operativ qərarlar qəbul edildiyindən nə Bakı Nəqliyyat Agentliyi üçün, nə də sərnişindaşıma ilə məşğul olan şirkətlər belə bir vaxt imkanı verilmədi. Buna baxmayaraq kiçik istisnalar olmaqla xüsusi karantin rejimində paytaxtda sərnişindaşımanı bütün tələblərə uyğun şəkildə təşkil edilə bildi.

Opertiv Qərargahın qoyduğu bütün tələblər - avtobuslarda şəffav arakəsmələrin olması, sərnişinlərin maskasız avtobuslara minməsinin qarşısının alınması, əllərini dezinfeksiya emək üçün qoyulan spirtin 65 faizdən aşağı olmaması və sair göstərişlər yerinə yetirilib.

Nəqliyyat şirkətləri bu gün yalnız sərnişinlərin deyil , eyni zamanda həm də sürücülərin və qarajdakı personalın sağlamlığının qorunması, onların maddi təminatının həyata keçirilməsi üçün də lazımı tədbirlər görür. Çünki sürücülərin virusa yoluxması və yaxud əmək haqqının kəsilməsi avtobusların xətlərə çıxmasında problemlər yarada bilər.

Müşahidələr, verilən məlumatlar Agentliyin və şirkətlərin bu işin də öhdəsindən layiqincə gəldiyini göstərir. Bunun nəticəsidir ki, bu gün sürücülər arasında qarajda çalışan personal arasında ciddi yoluxma halı yoxdur. Eyni zamanda sürücülərin əmək haqqının ödənilməsində hər hansı problem yaşanmır. Sahibkarlar bu gün zərərə düşsələr də, bəzən öz ehtiyat vəsaitləri hesabına sürücülərin maaşını ödəyir, əlavə işçilər götürərək xəttə yeni avtobuslar buraxırlar.

Eyni zamanda sərnişindaşıma ilə məşğul olan şirkətlərin heç bir maddi qarşılıq gözləmədən hər gün həkimlərin, tibb personalını koronavirusla bağlı yaradılmış xəstəxanalara, xaricdən ölkəyə gətirilən vətəndaşlarımızın karantin yerlərinə daşınmasını təmin etdiyini də nəzərə almaq lazımdır. Bu da sahə üzrə sahibkarların dövlətə və millətə bağlığını göstərən əlavə bir amildir...

Əlbəttə, bütün bunlara görə onlara təşəkkür etmək lazımdır. Ancaq, təəssüf ki, bəzən sosial şəbəkədə kimlərinsə rastlaşdığı bir hadisəni, hansısa səbəbdən meydana çıxan pozuntunu əlində əsas tutaraq, bütövlükdə sərnişindaşımaların təşkilini hədəfə alması hallarına rast gəlinir. Əlbəttə, bütün bunların məqsədinin Bakı Nəqliyyat Agentliyinin bu gün şəhər nəqliyyatı üçün gördüyü işlərə ləkə yaxmaq, insanlarda çaşqınlıq yaratmağa xidmət edən mənasız hərəkətlərdir.

Çünki sərnişindaşıma ilə məşğul olan şirkətlər də, sahibkarlar da, onların fəaliyyətini tənzimləyən Bakı Nəqliyyat Agentliyi də bu gün pandemiya ilə mübarizənin ön cəbhəsindədirlər.

Bu da onlardan qarayaxmaları nəzərə almadan bütün qüvvələrini xidməti yüksək səviyyədə qurmaq üçün səfərbər etməyi tələb edir. Bu günə qədər olan fəaliyyətləri Agentliyin və şirkətlərin bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəklərinə şübhə yeri qoymur!(AzPolitika.info)

pia.az 


Etiket: Nəqliyyat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar