Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhlükəsizlik Şurası, katibin xidməti

Azərbaycanda Təhlükəsizlik Şurasının əsası 1991-ci il mayın 14-də qoyulub. Həmin gün prezident Ayaz Mütəllibovun başçılığı ilə Milli Təhlükəsizlik Şurası yaradılıb... 

Dövlət başçısı yanında məşvərətçi orqan kimi qurulan Milli Təhlükəsizlik Şurasına baş nazir; Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsinin sədri; daxili işlər naziri; baş prokuror; Dövlət Təhlükəsizliyi Komitəsinin sədri; hərbi komissar; xarici işlər naziri daxil edilib.

Novator.az bildirir ki, prezident fərmanında Milli Təhlükəsizlik Şurasına respublikanın müdafiəsi, onun bütövlüyünün qorunması siyasətinin həyata keçirilməsinə, iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, eləcə də fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair tövsiyələr hazırlamaq həvalə olunub.

29 yanvar 1992-ci ildə Milli Təhlükəsizlik Şurasının tərkibi yenilənib. Quruma baş nazir; dövlət katibi; hüquq siyasəti üzrə dövlət müşaviri; milli təhlükəsizlik naziri; müdafiə naziri; daxili işlər naziri; xarici işlər naziri üzv olub.

1992-ci ildə Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Milli Təhlükəsizlik Şurası fəaliyyət göstərməyib.

1997-ci il aprelin 10-da prezident Heydər Əliyevin fərmanı ilə Təhlükəsizlik Şurası yaradılıb. Quruma bu vəzifəli şəxslər daxil edilib: Milli Məclisin sədri; baş nazir; Prezidentin İcra Aparatının (Prezident Administrasiyasının) rəhbəri; xarici siyasət məsələləri üzrə dövlət müşaviri; hərbi işlər üzrə dövlət müşaviri; baş prokuror; xarici işlər naziri; müdafiə naziri; milli təhlükəsizlik naziri; daxili işlər naziri.

Prezident yanında məşvərətçi orqan kimi qurulan Təhlükəsizlik Şurasına vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində prezidentə yardımçılıq həvalə olunub.

Qaydaya görə, Təhlükəsizlik Şurasının iclaslarına prezident sədrlik edib, şuranın katibi funksiyalarını Prezident Administrasiyasının rəhbəri yerinə yetirib.

2019-cu il iyunun 20-də general-polkovnik Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin olunub. 1948-ci il təvəllüdlü Ramil Usubov 29 aprel 1994-cü ildən 20 iyun 2019-cu ilə qədər daxili işlər naziri postunu tutub.

2019-cu il iyulun 11-də prezident fərmanı ilə Təhlükəsizlik Şurası haqqında əsasnamə təsdiqlənib, ancaq həmin sənəd dərc olunmayıb.

Təhlükəsizlik Şurası Katibinin Xidməti haqqında əsasnamə prezidentin 11 sentyabr 2019-cu il fərmanı ilə rəsmiləşib.

Əsasnaməyə görə, Təhlükəsizlik Şurası Katibinin Xidməti şuranın fəaliyyətinin təşkilati və analitik-informasiya təminatını həyata keçirən ali kateqoriyalı dövlət orqanıdır, prezidentə tabedir, onun fəaliyyət istiqamətləri bunlardır:

– Təhlükəsizlik Şurasının işinin və Təhlükəsizlik Şurası katibinin fəaliyyətinin təmin edilməsi üçün tədbirlər görmək;

– milli təhlükəsizliyin təmin edilməsi, dövlətin müdafiə qabiliyyəti, daxili və xarici təhlükəsizlik məsələlərinin araşdırılmasına, təhlilinə, müvafiq məlumat və təkliflərin hazırlanmasına yönəlmiş fəaliyyəti həyata keçirmək;

– ölkədə milli təhlükəsizliyin təmin olunması ilə bağlı qanunlardan, prezidentin fərman və sərəncamlarından irəli gələn məsələlərin icrasını nəzarətdə saxlamaq;

Azərbaycanda milli təhlükəsizliyin vəziyyəti barədə elmi, informasiya və analitik xarakterli iş aparmaq.

Təhlükəsizlik Şurası Katibinin Xidməti bu vəzifələri yerinə yetirir:

– dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, habelə milli təhlükəsizliyə təhdidlərin proqnozlaşdırılması, aşkarlanması, qiymətləndirilməsi, qabaqlanması və qarşısının alınması ilə bağlı araşdırmalar, təhlillər aparır və müvafiq təkliflər hazırlayır;

– milli təhlükəsizlik, o cümlədən xarici və daxili təhlükəsizlik və müdafiə məsələlərinə dair prezidentin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər üçün materialların hazırlanmasında iştirak edir;

– milli təhlükəsizlik məsələlərinə dair qanunların, prezidentin fərman və sərəncamlarının layihələrinin hazırlanmasında iştirak edir;

– milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti barədə informasiya və analitik xarakterli materiallar hazırlayır;

– Təhlükəsizlik Şurası katibinin tapşırığı ilə milli təhlükəsizliyin təmin edilməsi sahəsində elmi tədqiqatlar aparılmasının təşkili üzrə tədbirlər görür;

Azərbaycanda milli təhlükəsizliyin vəziyyəti barədə Təhlükəsizlik Şurası katibinin illik məruzəsinin hazırlanmasını təmin edir;

– Təhlükəsizlik Şurasının iclaslarının, habelə şuranın fəaliyyəti ilə bağlı görüş, müşavirə və digər tədbirlərin hazırlanmasını və keçirilməsini təmin edir;

– dövlət və yerli özünüidarəetmə orqanlarından daxil olan məlumat və təklifləri nəzərdən keçirir, ümumiləşdirir və Təhlükəsizlik Şurasının katibinə təqdim olunması üçün hazırlayır;

– Təhlükəsizlik Şurası katibinin əmr, sərəncam və göstərişlərini yerinə yetirir.

Təhlükəsizlik Şurası Katibinin Xidmətinin strukturunu və işçilərinin say həddini müəyyən etmək prezidentin səlahiyyətindədir.

Xidmətə prezidentin təyin etdiyi, bilavasitə ona tabe olan Təhlükəsizlik Şurasının katibi rəhbərlik edir.

Təhlükəsizlik Şurası Katibinin Xidmətinin işçilərini (struktur bölmələrinin rəhbərləri istisna olmaqla) Təhlükəsizlik Şurasının katibi vəzifəyə təyin edir, ehtiyata və istefaya buraxır və ya qulluq keçmələrinə xitam verir.

Struktur bölmə rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini (ehtiyata və istefaya buraxılmasını) Təhlükəsizlik Şurası katibinin təqdimatına əsasən prezident həyata keçirir.

Xidmətin ştat cədvəlini və xidmətdə hərbi və xüsusi növ dövlət qulluğu vəzifələrinin siyahısını və bu vəzifələrə uyğun hərbi və xüsusi rütbə hədlərini prezidentlə razılaşdırmaqla Təhlükəsizlik Şurasının katibi təsdiqləyir.

Təhlükəsizlik Şurası Katibinin Xidmətində hərbi və xüsusi növ dövlət qulluğu vəzifələrinə təyin edilmiş şəxslər hərbi xidmət və xüsusi növ dövlət qulluğu keçir, onlara qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlar, pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.

Xidmətin saxlanma xərclərinin, fəaliyyətinin, maddi-texniki və digər təminat məsələlərinin maliyyələşdirilməsini Prezidentin İşlər İdarəsi təmin edir.

pia.az 


Etiket: Ramil Usubov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar