Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət bir qəpik xərcləmədən böyük müşkülü həll edə bilər – Təklif

“Nə fərq qoymadan hər kəsə yardım etməyi düşünürlər, nə də sosial vəziyyəti ağır olanların siyahısını dəqiqləşdirməyi”... 

Nazirlər Kabineti iyun ayının 5-dən etibarən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra, 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, bundan öncə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq, təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Bəs, birdəfəlik ödənişlərin taleyi necə oldu? 190 manat kimlərə qismət oldu? Hökumət ordan-burdan üsulunu (gah o rayon, gah bu rayon) nə vaxta kimi davam etdirəcək? Bundan sonra vəziyyət necə inkişaf edəcək? Sosial problemlərin həllinə dair daha genişmiqyaslı yardım proqramlarının həyata keçirilməsi mümkündürmü? Büdcə buna imkan verirmi, verirsə, nəyi gözləyirik? AYNA suallara aydınlıq gətirməyə çalışıb.

Öncə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı suallarımızı cavabsız qoydu.

Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...

İqtisadçı-ekspert Azər Mehdiyev öncə onu xatırlatdı ki, sərt karantin rejimi tətbiq olunan ərazilərdə fəaliyyəti dayandırılan qurumlar, şirkətlər var: “Hökumət əvvəlcə hansı qurumların fəaliyyətinin dayandırıldığını müəyyənləşdirməlidir. Eyni ərazilərdə fəlaiyyət göstərən bir çox şirkətlərdə işçilərin yarısının işə çıxması qadağan olunub. Yəni onların bəzilərinə otuz faiz, bəzilərinə isə, hətta əlli faiz işçi ilə işləmək tövsiyə olunub. Bu isə o deməkdir ki, işçilərin yarısı, hətta bir çox yerlərdə yetmiş faizi işləyə bilməyəcək. Hökumət həm fəaliyyəti tamamilə dayandırılmış, həm də işçilərinin yarısının fəaliyyət göstərmədiyi şirkətlər də işçilərin əməkhaqlarının ödənilməsi üçün addımlar atmalı, həmin şirkətlərə yardım göstərməlidir. Fəaliyyəti ümumiyyətlə dayandırılmış şirkətlərə bütün bu aylar üzrə yardımlar göstərilməli, həm də fəaliyyətini qismən davam etdirən, ancaq işçilərinin bir hissəsi işə gələ bilməyən şirkətlərdə mütləq şəkildə işçilərin əməkhaqlarının verilməsi üçün şirkətlərə yardım göstərilməlidir. Bu, işləyən qrupa aid olan dəstək paketidir”.

 

Ekspert dedi ki, ən həssas təbəqə işləməyən və sosial vəziyyəti ağır olan insanlardır: “Hökumət, pandemiyadan artıq dörd ay keçməsinə baxmayaraq, hələ də bu təbəqəni dəqiqləşdirməyə cəh etməyib. Bugünkü gündə hələ də bəlli deyil ki, sosial müdafiəyə ehtiyacı olan, günəmuzd çalışan insanların sayı nə qədərdir. Hökumət onları müəyyən etməyə cəhd göstərmir. Ümumiyyətlə, pandemiyanın təsirinə məruz qalaraq vəziyyəti ağırlaşmış ailələr hansılardır? Yəni bu istiqamətdə heç bir addım atılmayıb. Halbuki dünyanın əksər ölkələrində, ümumiyyətlə bütün ailələrə yardım göstərilməsi təcrübəsi mövcuddur. Azərbaycan nə o təcrübəni tətbiq edir, nə də sosial vəziyyəti ağır olanların siyahısını dəqiqləşdirməyə cəhd göstərir. Və bu da onu göstərir ki, hökumət geniş mənada bu təbəqənin siyahısını genişləndirməkdə, sosial yardımları hansısa formada artırmaqda maraqlı deyil. Göstərilən yardımlar da daha çox təbliğat xarakteri daşıyır”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar