Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Qeybulla: "Gündə iki mindən çox adam koronavirusa yoluxur, sadəcə..."

Sərt karantin rejiminin başa çatmasına təxminən 6 gün qalır və epidemiyanın yoluxma səviyyəsi ehtimal yaradır ki, daha bir həftə uzadıla bilər... 

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı "yeni müsavat"a açıqlama verən tibb üzrə professor Adil Qeybulla bildirib ki, heç bir müsbət tendensiyadan söhbət gedə bilməz.

Doktor A.Qeybulla hesab edir ki, gündəlik açıqlanan rəqəmlər reallığı əks etdirmir: “Gündə iki mindən çox adam koronavirusa yoluxur. Sadəcə, həmin adamlar qeydiyyata düşmürlər, evdə müalicə olunurlar.

Yəni gündəlik açıqlanan rəsmi məlumatlar sırf stasionar qəbul olan xəstələrin siyahısıdr. Buna saxta rəqəm demək olmaz. Sadəcə, müraciət etməyən, xəbər verməyən və evdə özünü müalicə edən vətəndaşlar var".

Professor qeyd etdi ki, vəziyyət kifayət qədər ciddidir və özümüzü aldatmayaq: “Sərt karantin rejimi ləğv olunmalıdır və bunun heç bir mənası yoxdur.

Bir tərəfdən sərt karantindir, digər tərəfdən insanlar avtobuslarda, marketlərdə karantini pozurlar. Bunun harası sərt karantin oldu?

Ona görə də insanlara əziyyət vermək lazım deyil, hamı sərbəst buraxılmalıdır və karantin davranışı gücləndirilməlidir. Yəni maska taxılması, dezinfeksiya, sosial məsafə tələblərinə nəzarət güclənməlidir".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar