Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Ukraynaya etiraz bildirib - Azərbaycanı müdafiə etdiyi üçün

Ukrayna XİN-in son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi qarşıdurma ilə bağlı bəyanatı rəsmi İrəvanın ciddi narazılığına səbəb olub... 

"AzPolitika.info” xəbər verir ki, işğalçı ölkənin Xarici İşlər Nazirliyi Ukraynanın Ermənistandakı səfiri İvan Kulebanı nazirliyə dəvət edib. Səfiri Xarici İşlər nazirinin müavini Ş.Köçaryan qəbul edib və ona İrəvanın Ukraynanın sözügedən bəyanatı ilə bağlı etirazını çatdırıb.

Xatırladaq ki, rəsmi Kiyev sərhəddə yaranmış vəziyyətdən dərin narahatlığını bildirərək, münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlinə tərəfdar olduğunu qeyd edib. Həmçinin BMT-nin işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərini tərk etməsini tələb edən qətnamələrini xatırladıb.

Lakin Ukraynanın bu obyektiv və beynəlxalq hüququn tələbinə əsaslanan bəyanatı Ermənistanın xoşuna gəlməyib və işğalçı dövlət növbəti dəfə həyasızcasına beynəlxalq hüququn ziddinə gedərək, Azərbaycanın haqlı mövqeyini müdafiə edən ölkəyə etiraz etməkdən çəkinməyib.

pia.az 


Etiket: Etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar