Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ovannisyan məhv edilən erməni hərbçilərdən danışdı

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan (sabiq mətbuat katibi) ölən erməni əsgərləri arasında müddətli həqiqi hərbi xidmətdə olan iki hərbçinin olması barədə ittihamlara cavab verib...

PİA.az xəbər verir ki, Ovannisyan onların ön cəbhədə deyil, daha arxadakı hissəyə endirilən zərbə nəticəsində öldüyünü bildirib.

“Elan etdiyimiz kimi, ön cəbhədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər yoxdur. Onlar arxa hissədə xidmətdə ikən endirilən zərbə nəticəsində ölüblər”, - o deyib.

A.Ovannisyan hazırda sərhəddə hərbi əməliyyatın davam etdiyini, ona görə də təkcə ön cəbhədəkilərin deyil, bütün bölmələrin hərbi vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan MN ön cəbhədə yeni çağırışçıların olmadığını bildirmişdi. Ölənlər arasında müddətli hərbi xidmətdə olan iki şəxsin olması isə MN-in yalan məlumat yaydığı haqda ictimaiyyətdə rəy yaradıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi cəza əməliyyatının davam etdiyini, ermənilərin cəbhə xəttinin dərinliklərində yerləşən atəş nöqtələrinə də zərbələr endirildiyini, düşmənin 100-dən artıq itkisinin olduğunu açıqlayıb.

Buna baxmayaraq, ermənilər yalnız bu gün 6 əsgərlərinin öldüyünü etiraf ediblər. Digər itkiləri isə hələ də gizlədirlər. (axar.az)

pia.az


Etiket: Ovannisyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar