Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov İtaliyaya dəstəyə görə təşəkkür etdi

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio arasında telefon danışığı baş tutub...

XİN Mətbuat xidməti idarəsindən verilən məlumata görə, E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin AzərbaycanErmənistan dövlət sərhədində hərbi təxribatının qarşısının alınması, bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib.

O, bölgədəki gərginliyin səbəbinin Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edib və işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundan çıxarılmasının zəruri olduğunu vurğulayıb.

E.Məmmədyarov Ermənistanın son hərbi təxribatı da daxil olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İtaliyanın sərgilədiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını hər zaman vurğuladığına görə təşəkkürünü ifadə edib.

Söhbət əsnasında nazirlər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya həyata keçirilən dövlət səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.

Nazirlər “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyənnamə” ilə tərəflərin bu strateji tərəfdaşlığı çoxölçülü, hərtərəfli formada siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək istəklərini ortaya qoyduqlarını qeyd etiblər.

Tərəflər həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müzakirə ediblər.

Cənubi Qaz Dəhlizinin müəyyən edilmiş qrafik üzrə fəaliyyəti, eləcə də Azərbaycan-Avropa İttifaqı arasında münasibətləri nazirlər tərəfindən müzakirə edilib.

E.Məmmədyarov pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra italiyalı həmkarını Bakıya səfərə dəvət edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar