Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ mətbuatında Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc edilib

Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə bağlı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin yazdığı məqalə ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispan dilli versiyasında dərc olunub... 

Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məqalənin ingilis dilində versiyası isə “Medium” onlayn media platformasında dərc olunub.

“COVID-19 böhranının davam etdiyi dövrdə Ermənistan Azərbaycana qarşı hücuma keçir” başlıqlı məqalədə baş konsul 12 iyuldan başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində strateji mövqelər ələ keçirmək məqsədilə ordumuzun Ermənistan-Azərbaycan sərhəddindəki mövqelərinə ağır artilleriyadan istifadə etməklə hücuma keçdiyini qeyd edir.

Bu təxribat nəticəsində Azərbaycan ordusunun verdiyi şəhidlərdən bəhs edən N.Ağayev Ermənistan silahlı qüvvələrinin sərhədboyu ərazilərdə hərbi və mülki obyektləri iriçaplı silahlardan istifadə etməklə hədəfə aldığını vurğulayır.

Baş konsul, COVID-19 böhranının öhdəsindən gələ bilməməsi, ölkəni bürüyən ciddi iqtisadi tənəzzül, siyasi rəqiblərin həbs olunması və məhkəmələrin müstəqilliyini aradan qaldıran konstitusiya düzəlişləri səbəblərindən N.Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin ölkə daxilində və beynəlxalq arenada nüfuzunu itirdiyini, onun Azərbaycana qarşı son hərbi təxribatı törətməklə bu daxili problemlərdən diqqəti yayındırmağa çalışdığını qeyd edir.

N.Ağayev 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etdiyini, nəticədə 800 mindən çox insanın Dağlıq Qarabağ və ətraf yeddi rayondakı öz doğma yurdlarından didərgin salındığını və bundan əvvəl Ermənistandan məcburi köçürülən azərbaycanlılarla birgə Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü olduğunu diqqətə çatdırır.

Baş konsul BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların Ermənistanın bu qanunsuz əməllərini pislədiklərini və Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdiklərini bildirir. O, bütün bunlara baxmayaraq, sözügedən işğalın hələ də davam etdiyini və beynəlxalq hüququn təmin olunması məqsədilə Ermənistana beynəlxalq təzyiqin göstərilməsinin vacibliyini vurğulayır.

Diplomat bu gün dünyada beynəlxalq hüququn ciddi aşınması prosesinin müşahidə olunduğunu və bunun beynəlxalq sülhə böyük təhlükə təşkil etdiyini vurğulayır. Baş konsul qeyd edir ki, beynəlxalq hüquqa hörmətin təmin edilməsi məsuliyyəti ilk növbədə bu hüquq sistemini 75 il öncə yaratmış böyük dövlətlərin üzərinə düşür.

N.Ağayev Ermənistanın ciddi iqtisadi böhranla üzləşdiyini, müstəqillikdən sonra 1.5 milyon erməninin ölkəni daimi tərk etdiyini və yoxsulluq səviyyəsinə görə Cənubi Qafqazda birinci yer tutduğunu, Azərbaycanın isə qitələri birləşdirən irimiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirdiyini və regionun ən güclü iqtisadiyyata malik ölkəsi, eləcə də ABŞ-ın regionda etibarlı strateji tərəfdaşı olduğunu qeyd edir.

Məqalə sosial şəbəkələrdə geniş şəkildə yayılıb, erməni lobbisinin ciddi narazılığı ilə qarşılanıb.

pia.az


Etiket: ABŞ mətbuatı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar