Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədib

İyulun 14-də Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədilib... 

Erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunan bu vandalizm aktı özündə terror elementlərini ehtiva etməklə yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Baş vermiş hadisə ilə bağlı Fransanın ölkəmizdəki Səfiri XİN-ə çağırılaraq qarşı tərəfə etiraz bildirilib.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Xatırladırıq ki, bundan öncə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, o cümlədən ABŞ-dakı Səfirliyimizə qarşı radikal erməni təşkilatlarının üzvləri tərəfindən müdaxilə cəhdləri olub.

Erməni terrorçuluq meylləri, təəssüf ki, bizə yaxşı bəllidir. Azərbaycan erməni terrorunun acılarını yaşayıb, həm də 20-ci əsrin əvvəllərindən etibarən. 1980-ci illərin sonlarında Azərbaycanda törədilən çoxsaylı terror aktları, 1992-ci ildə Xocalıda bir gecədə 613 mülki şəxsin vəhşicəsinə qətl edilməsi, bu gün də işğalçı ölkənin silahlı qüvvələrinin azərbaycanlı mülki şəxsləri hədəfə alması - bütün bunlar ermənilər tərəfindən törədilmiş qanlı terror aktlarıdır. Terrorçuluq meylləri Ermənistanın işğalçılıq siyasətinin kökündə durur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib.

Eyni zamanda, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib.

pia.az 


Etiket: Səfirlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar