Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təəssüratlarım çox yüksəkdir” - Deputatlar Ağdam kəndində / Fotolar

Azərbaycan Prezidenti, cənab Ali Baş Komandana və onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya eşq olsun. Onlar Tovuzda təmas xəttində döyüşlər getdiyi ilk gündən bu hadisələri yaxından izləyiblər, xalqımızın yanında olublar”...

PİA.az xəbər verir ki, bunu Tovuzun Ağdam kəndinə gələn Mİlli Məclis sədrinin müavini Adil Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan bir neçə istiqamətdə savaş aparır.

“Dövlət koronavirusla mübarizə aparsın, yoxsa içərimizdə olan viruslarla savaş aparsın?”, - deyə o əlavə edib.

Vitse-spikerin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlara layiqli cavablar verib.

O, həmçinin, Tovuzun Ağdam kəndinin sakinlərinə minnətdarlıq edib.

Deyib ki, kənd sakinləri evlərini tərk etməyiblər.

“Bu bölgənin camaatı qəhrəman və qorxmaz camaatdır. Ona görə bura qürur hissi ilə gəlmişəm. Sakinlər bir dəqiqə belə olsun düşünmədilər ki, yaşadıqları kəndi tərk etsinlər. Bu münasibət bir daha 2016-cı il Aprel döyüşlərindəki əzmkarlığı təkrarladı. Təəssüratlarım çox yüksəkdir”.

Qeyd edək ki, Milli Məclis sədrinin müavini Adil Əliyevlə yanaşı, digər deputatlar Qənirə Paşayeva və Erkin Qədirli də Ağdamdadırlar. (Oxu.az)

pia.az


Etiket: Adil Əliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar