Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident quraqlıqdan danışdı: "Bu günə qədər su balansı tutulmayıb, dözülməz haldır"

"Bu ilin 6  ayında Azərbaycanda kənd təsərrüfatı sektoru 2,2% artıb, amma bu artım daha çox ola bilərdi. Həm keçən il, həm də bu il quraqlıq bizə böyük problem yaradıb, biz torpaqlardan istədiyimiz qədər istifadə edə bilməmişik". 

PİA.az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Mən bir qədər əvvəl bu sahədə vahid idarəetmə mexanizminin olması üçün xüsusi komissiya yaratdım. Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın rəhbəridir. Burada aidiyyəti qurumların rəhbərləri təmsil olunur. Və artıq mənə verilən ilkin məlumata görə, konkret Tədbirlər Planının hazırlanması son mərhələdədir. Bu planın bir hissəsi artıq mənə məruzə edilib. Biz yaxın zamanlarda çox geniş Tədbirlər Planının təsdiq edib onu icra etməyə başlayacağıq", - deyə dövlət başçısı qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, gələcək illərdə də Azərbaycanda indikinə oxşar iqlim mənzərəsinin davam etməsi istisna edilmir: "Dünyada iqlim dəyişikliyi ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda lazımi addımlar atılmasa 2030-cu ilə qədər ölkənin bəzi ərazilərində səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə də, vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu, yox idi. Bizdə su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var. Onların arasında koordinasiya lazımi səviyyədə deyil. Ona görə də, bəzi təsərrüfat və infrastruktur obyektləri nəzarətsiz qalıb. Məsələn, mənə nazir Şahin Mustafayev məlumat verir ki, bəzi su anbarlarından çıxan boru xətlərinə qanunsuz qoşulmalar var. Bu, indi aşkar olunub. Heç kimin vecinə deyil, heç kimin məsuliyyətinə aid deyil. Ona görə də, bu qanunsuz qoşulmalar suyun ədalətli bölgüsünə ziyan vurur. Aydın məsələdir ki, bəzi təsərrüfat sahibləri sudan istifadə edir, o birilərinə çatmır. Həm də israfçılığıa yol verilir. Bəzi əkin sahələrinə o qədər su verilir ki, buna heç ehtiyac yoxdur. Odur ki, vahid idarəetmə mexanizmi işlənməlidir. Mənə təkliflər veriləcək. Eyni zamanda koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi - əgər bunlara nail olarsaq, hətta mövcud su ehtiyatlarımızla biz məsələni həll edə bilərik.

Mənə Şahin Mustafayev həmçinin məruzə edib ki, bu günə qədər Azərbaycanda su balansı tutulmayıb. Bu da dözülməz haldır. Əgər balansı müəyyən edə bilməsək sudan necə istifadə edəcəyik. Necə ki, hər il enerji balansı təsdiq edirik, burada da vəziyyət ona oxşar olmalıdır".  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar