Cümə axşamı, 13 May 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qətərin blokadasına görə təzminat tələbi irəli sürülüb

“Qatar Airways” şirkəti beynəlxalq arbitraja müraciət edərək Qətərə qarşı blokada tətbiq etmiş dörd ölkədən şirkətə vurulan maddi ziyana görə 5 milyard ABŞ dolları məbləğində təzminat tələb edib.

Şirkətin “Facebook” səhifəsində bununla bağlı verilən rəsmi açıqlamada 2017-ci ildə Qətərə qarşı qanunsuz olaraq hava, dəniz, quru yollar blokadasını tətbiq etmiş Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misirə qarşı dörd iddia ərizəsi göndərdikləri göstərilir.

Xatırladaq ki, iyulun 14-də BMT-nin Beynəlxalq Məhkəməsi Qətərin hava blokadasına dair adıçəkilən ölkələrlə davalarına dair çıxardığı qətnamədə həmin ölkələrin Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) qarşı apelyasiya şikayətlərini geri qaytararaq hava məkanı ilə bağlı məsələlərdə İCAO-nun səlahiyyətli olduğunu, Qətər tərəfindən qaldırılan iddianın mötəbər olduğunu təsdiqləyib.

Qeyd edək ki, 2017-ci ilin yayında Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir Qətəri daxili işlərinə müdaxilə etməkdə, terrorçuluğu dəstəkləməkdə qınayaraq bu ölkə ilə diplomatik əlaqələri dayandırdıqlarını açıqlayıb, daha sonra iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq ediblər.(report)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Xankəndində ermənilərin gözünə girən Şuşa atəşfəşanlığı – Video

Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub - Yenilənib

Ordumuz Qara gölü nəzarətə götürdü - Nikoldan reaksiya

Şuşada möhtəşəm atəşfəşanlıq olub - Video

Prezident maskaları çıxartmağı tapşırdı! Cıdır düzündə maraqlı anlar! - Video 

General-polkovnik Tofiq Ağahüseynov II Fəxri xiyabanda dəfn edilib - Yenilənib

KİV: Qarabağdakı Rusiya sülhməramlının komandanı Rüstəm Muradov əvəzlənir

Azərbaycanlı deputat 29 il sonra Şuşadakı evinə gedib

Əməliyyat olunan Ağadadaş Ağayevin son görüntüsü - Foto

SSRİ-nin ilk azərbaycanlı milyonçusu idi, dəlixanaya düşdü, acından öldü: Cənnət Əliyev haqda maraqlı faktlar - Video

Ən çox oxunanalar