Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya xaricə ilk uçuşları kütləvi şəkildə ləğv edir

Rusiya aviaşirkətləri avqustun əvvəlində koronavirus pandemiyası dövründə fasilədən sonra əvvəlcədən elan edilmiş cədvələ düzəlişlər etməyə və xaricdə ilk uçuşları ləğv etməyə başlayıb.

Bu barədə “Kommersant” məlumat yayıb.

Uçuşların kütləvi surətdə təxirə salınması ilə bağlı sosial mediada xəbərlər yayılır. Eyni zamanda, Moskvadan keçməklə xaricə uçmağı planlaşdıran ruslar bilet mübadiləsi edə bilmirlər.

Ekspertlərin fikrincə, bu yolla aviadaşıyıcılar təyyarələrin maksimum dolmasına və uçuşların gəlirliliyini artırmağa çalışırlar.

Bənzər bir vəziyyət Avropada müşahidə olunub - orada nəqliyyatın bərpasından sonra yerli aviaşirkətlər uçuşların yerinə yetirilməsinə zəmanət vermədən bilet satıblar.

Rusiya avqustun 1-dən beynəlxalq reysləri bərpa edir. Birinci mərhələdə uçuşlar yalnız Moskva, Sankt-Peterburq və Rostov-Dondan həyata keçiriləcək.

İlk növbədə uçuşların bərpa ediləcəyi ölkələr Böyük Britaniya (London), Türkiyə (1 avqustdan Ankara və İstanbul, 10 Avqust - Antalya, Bodrum və Dalaman) və Tanzaniyadır (Zanzibar adası). Siyahı getdikcə genişlənəcək.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar