Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Malayziyanın sabiq rəhbəri mühakimə olunduğu hökmdən şikayət edəcək

Malayziyanın sabiq baş naziri Nacib Razak dünyanın ən böyük maliyyə qalmaqallarından biri ilə əlaqədar onun haqqında məhkəmənin qəbul etdiyi hökmdən şikayət edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, “Facebook” sosial şəbəkəsində yaydığı məlumatda bildirib.

Xatırladaq ki, Malayziya məhkəməsi iyulun 28-də Nacib Razakın 12 il müddətinə həbsdə saxlanması və 50 milyon dollar cərimə ödəməsi barədə qərar qəbul edib. Sabiq Baş Nazir ona qarşı irəli sürülən ittihamın bütün bəndləri üzrə təqsirli bilinib.

N.Razak hakimiyyətdən sui-istifadə, etibardan cinayətkarcasına istifadə və kirli pulların yuyulmasında təqsirli bilinib. Ona qarşı ittiham 2011-2015-ci illərdə MDB dövlət investisiya fondundan 9,9 milyon dollar vəsaitin mənimsənilməsinə görə irəli sürülüb.

Bununla yanaşı, N.Razaka qarşı irəli sürülən ittihamlarla bağlı prosesin hələ davam etdiyi bildirilir. Hökumət strukturlarının bildirdiyinə görə, fonddan ümumilikdə təqribən 4,5 milyard dollar oğurlanıb.

Ona qarşı irəli sürülən bütün ittihamları rədd edən N.Razak qəbul olunan ilk hökmə görə apelyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Nacib Razak 2009-2018-ci illərdə Malayziyanın baş naziri olub.

pia.az 


Etiket: Nacib Razak


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar