Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-ın vergi öhdəlikləri azaldılır

Dövlət Neft Şirkəti tərəfindən 1240,0 milyon manat məbləğində dövlət büdcəsinə dürüstləşdirilmiş vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 210,0 milyon manat və ya 14,5% azdır. 

FED.az bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasınını Qanun layihəsinə istinadən xəbər verir.

Bildirilir ki, azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş dövlət büdcəsi üçün nəzərdə tutulduğu qiymətdən 20,0 ABŞ dolları az götürülməsi, OPEK+ sazişi üzrə hasilat həcmlərinin azalması, habelə koronavirus (COVİD19) pandemiyası ilə əlaqədar ölkə daxilində neft məhsullarına tələbatın azalması ilə bağlıdır.

Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi cari ilin 6 ayı üzrə daxilolmalar da nəzərə alınmaqla 550,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş proqnozdan 180,0 milyon manat və ya 24,7% azdır. Azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsi və OPEK+ sazişi üzrə hasilat həcmlərinin azalması ilə əlaqədardır.

Qeyd edək ki, dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəriciyə nisbətən 10,5 milyon manat azalaraq 24 124,0 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat artırılaraq 27 492,2 milyon manat, dövlət büdcəsinin kəsiri isə 608,0 milyon manat artırılaraq 3 368,2 milyon manat təşkil edəcək.

pia.az 


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar