Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına çağırış

Müsəlman dünyasında təbiət elmləri sahəsində ilk Nobel mükafatına layiq görülmüş (1979-cu ildə) Əbdüs Salam “İde­al­lar və ger­çək­lik­lər” ki­ta­bında yazır:

“Orta əs­rlər­də el­min ağır­lıq mər­kə­zi İslam dün­ya­sın­da idi…. Ta­rix sə­hi­fə­lə­ri­ni və­rəq­lə­yib, gö­rə­sən, tə­zə­dən el­mdə li­der­li­yə na­il ola bi­lə­rik­mi?..

Gən­clə­ri­miz bu­nu öz­lə­ri­nə məq­səd ki­mi qar­şı­ya qoy­ma­lı­dır­lar”.

Bö­yük fi­zik bu məş­hur əsə­rin­də gös­tə­rir ki, Qu­ra­nın yed­di yüz əl­li ayə­si –təx­mi­nən sək­kiz­də bi­ri –ina­nan­la­rı tə­bi­ə­ti araş­dır­ma­ğa, hə­qi­qət ax­ta­rı­şın­da ağıl­la­rı­nı ən yax­şı şə­kil­də is­ti­fa­də et­mə­yə, bi­lik əl­də et­mə­ni və el­mi dü­şün­cə­ni ic­ti­ma­i hə­ya­tın bir par­ça­sı ha­lı­na gə­tir­mə­yə sövq edir.

“1980-ci il­də Dün­ya Ban­kı tə­rə­fin­dən nəşr olun­muş və təh­sil alan­ əha­li­nin için­də fa­i­zi­ni gös­tə­rən sta­tis­tik rəqəmlərə bax­saq gö­rə­rik ki, İslam öl­kə­lə­ri nə­in­ki in­ki­şaf et­miş, hət­ta in­ki­şaf et­mək­də olan öl­kə­lə­rin or­ta sə­viy­yə­si­nə çat­maq üçün xey­li yol qət et­mə­li­dir. İslam öl­kə­lə­rin­də tə­bi­ət el­mlə­ri və hu­ma­ni­tar elm­lər sa­hə­lə­rin­də təh­sil alan tə­lə­bə­lə­rin sa­yı haq­qın­da də­qiq və eti­bar­lı mən­bə­lər ol­ma­dan qə­ti qə­rar ver­mək çə­tin­dir. Tə­əs­süf ki, mə­nim mü­şa­hi­də­lə­ri­mə gö­rə, hu­ma­ni­tar el­mlə­rə nis­bə­tən tə­bi­ət el­mlə­rin­də və­ziy­yət da­ha acı­na­caq­lı­dır. İnki­şaf et­miş öl­kə­lə­rin nor­ma­la­rı­na əsa­sən, or­ta he­sab­la 1/4 və 1/3 ara­sın­da də­yi­şən say­da tə­bi­ət el­mlə­rin­də təh­sil alan- üs­tə­lik, çox aşa­ğı sə­viy­yə­də- tə­lə­bə­miz var.

Be­lə­cə, çox az say­da mü­səl­man də­qiq el­mlə­ri öy­rə­nir. Bi­zim işi­miz tə­lə­bə­lə­ri­mi­zi mək­təb­də da­ha çox də­qiq və tex­ni­ki el­mlə­ri öy­rən­mə­yə sövq və təş­viq et­mək­dən iba­rət ol­ma­lı­dır. Bu­na na­il ol­maq üçün mək­təb­lər­də də­qiq elmlə­rin təd­ri­si­nə da­ha çox üs­tün­lük ver­mə­li­yik. Yük­sək sə­viy­yə­li mü­əl­lim­lə­rə və key­fiy­yət­li təd­ris lə­va­zi­mat­la­rı­na eh­ti­yac var.

Və bəl­kə də, ən əsa­sı gənc tə­lə­bə­lər və şa­gir­dlər ara­sın­da qa­bi­liy­yət­li və is­te­dad­lı olan­la­rın itib-bat­ma­ma­sı üçün on­la­rın təş­viq edil­mə­si va­cib­dir.

Sırf mad­di çə­tin­lik­lər üzün­dən be­lə it­ki­lər çox tez-tez baş ve­rir. Ai­lə­lər elmdə kar­ye­ra sa­hi­bi ol­maq üçün uzun il­lə­rin la­zı­mi xər­clə­ri­ni ödə­yə bil­mir­lər.”

Əbdüs Salamdan 41 il sonra 2015-ci ildə “DNA təmiri sahəsində araşdırmalarına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüş Aziz Sancar analoji çağırışları edir:

“Elmlə məşğul olmaq, elm mədəniyyətini inkişaf etdirmək, bir növ, ənənə olmalıdır. Bunu Türkiyədə inkişaf etdirmək lazımdır. Yəhudi qardaşlarımız dünya əhalisinin 2%-ni təşkil edir, ancaq Nobel mükafatlarının 20%-ni qazanıblar. Onlar digər insanlardan daha üstün zəkaya sahibdirlərmi? Xeyr. Onların mədəniyyətində elmə, təhsilə əhəmiyyət verilir”.

Yenə də klassik sual ortaya çıxır: bəs nə etməli? Sancara görə, övladlarımıza uşaq vaxtından elm sevgisi və mədəniyyəti aşılamağa başlamaq lazımdır: “Uşaqlarımıza elmi sevdirmək lazımdır. Uşaqlarımızı fizika, kimya, biologiya və texnologiya sahələrinə təşviq etmək lazımdır. Çox gənc yaşlarında onlarda sınaq keçirmək vərdişi yaratmalıyıq. Sınaq keçirməyə vərdiş edən insan düşünəcək və bu, vərdiş halını alacaq. Bunu bir ənənə halına gətirməliyik. Hər şeyi dövlətdən gözləməməliyik. Bunun məsuliyyəti mühüm dərəcədə də valideynlərin üzərinə düşür. Müəllimlər dünyanın hər tərəfində az təqdir edilir. Amerikada da, Avropada da, burada da belədir. Təəssüf ki, dünyanın hər tərəfində müəllimlər təqdir edilmir. Bu bizə məxsus bir cəhət deyil. Onlar uşaqlarımızı, sabahın insanlarını yetişdirən şəxslərdir. Onlara daha çox dəyər vermək lazımdır. Dünyaya təkrar gəlsəm, müəllim olmaq istərdim. Çünki gələcəyi onlar qurur, onlar yaradır. Məncə, müəllimlərin həkimlər qədər maaş almaq haqqı var”.

İstanbul Aydın Universiteti Elm və Texnologiya Mərkəzinin açılışında böyük alimin bu fikirlərə diqqət yetirək: “Hər universiteti ziyarət edərkən deyirəm: Türkiyənin inkişafı, Avropa və Amerika ilə eyni səviyyədə olması üçün fundamental elmə əhəmiyyət verməli, fundamental elmdə insan yetişdirməliyik.

Texnologiya, təbii ki, çox vacibdir, texnologiyanın təməlində fundamental elm dayanır. Burada bir sıra müasir cihaz gördüm, bunların üzərində xarici ölkələrin markası var. İnşallah, bu məhsulları biz istehsal edərik. Fundamental elmdən ən son dərmanları istehsal etməyə, avtomobillər istehsal etməyə, təyyarələr yaratmağa qədər bütün mərhələdə öz məhsulumuz olar. Bunu bacardığımız vaxt özümüzü Avropa və Amerika səviyyəsində hesab edə bilərik. Yoxsa biz xaricdən material, maşın idxal edib burada Avropa və Amerika ilə yarışa bilmərik. Bunu təkrar edirəm, biz mütləq bunları istehsal etməliyik. Yoxsa xaricdən asılı vəziyyətdə qalarıq. Bu, bizim sürətimizi yavaşladır. 2023 düşüncəmiz var. Respublikanın 100-cü ilində bizim Atatürkə, atalarımıza borcumuz var. Biz Avropa və Amerika səviyyəsində olmalıyıq, bu bizim namus borcumuzdur, vəfa borcumuzdur”.

Etibar Əliyev,
fəlsəfə doktoru millət vəkili

pia.az 




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

"Siyavuş Novruzov, artıq özü-özünü ifşa edib” - Maksim Musayev

Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı

Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı

DSX-dən hərbi salamı ilə sosial şəbəkədə məşhurlaşan məktəbliyə jest - Foto

Ev almaq istəyənlər: Qiymətlər daha da düşəcək

Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu - Vurulma anı videosu

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

loading...

Ən çox oxunanalar