Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“YAP-dan göstəriş olsa, hesabat verərəm...” – Deputatlar gəlirlərini açıqlayacaqmı?

"Göstəriş olsa, verəcəyik”.

Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Erkin Qədirlinin ictimaiyyətə özünün gəlir və xərcləri barədə maliyyə hesabatı verməsi fonunda digər həmkarlarının da anoloji addım atıb-atmayacaqları barədə ictimaiyyəti maraqlandıran sualı cavablandırarkən deputat Eldar Quliyev deyib:

"Burada elə bir gizli şey yoxdur. Gəlirlərimiz də, xərclərimiz də məlumdur. Hər bir millət vəkili buna hazırdır. Dövlət tərəfindən göstəriş veriləcəksə, hesabatı verəcəyik. Ümumiyyətlə, hər dəfə seçki ərəfəsi bu addımı atırıq. Son olaraq 6 ay bundan qabaq da Mərkəzi Seçki Komissiyasına (MSK) gəlirlərimizlə bağlı hesabat təqdim etmişik”.

"Hesabat verib verməmək, şəxsi işimizdir”.

Bu fikirlər deputat Fazil Mustafaya məxsusdur: "Bu sualı mənə niyə verirsiniz?Görürsünüz ki, bu suala cavab versəm, köçürüb, oradan bəndi özləri bildikləri kimi paylaşıb, müəyyən problemlər yaradacaqlar. Deputatın şəxsi işidir, istəyər hesabat verər, istəyər verməz. Bu hal qanunvericilikdə nəzərdə tutulmayıb. Kim hesabat verirsə, bu da onun öz haqqıdır.

Hesabatı birinci növbədə MSK-ya veririk. Qalan fəaliyyətə görə hesabatı seçiçilərə veririk. Seçici üçün nə maraqlıdır ki, deputat gündəlik hara nə xərcləyib? Onun nə mənası var? Seçiciyə hansı işlərin görüldüyü barədə hesabat veririk. Onu necə görmək vacib deyil. Əsas odur ki, bu işləri görəsən. Ona görə də seçicini maraqlandıran səviyyədə hesabat vermək deputatın borcudur. Bu hesabatları da məsuliyyətli deputatların hamısı verir”.

 

"Bu sualı gənc deputatlara verin”.

Bu fikirlərsə deputat Fəzail Ağamalıya aiddir: "Sualı cavan deputatlara ünvanlayın”.

"Bundan şou düzəltmirəm”.

Sayta açıqlamasında bunları isə deputat Asim Mollazadə deyib: "Hesabatlarımızaçıqdır. Ona görə də bundan şou düzəltmək fikrim yoxdur”.

Deputat Aqiyyə Naxçıvanlı isə bunun üçün göstəriş gözləyir: "Üzvü olduğum YAP-dan hansı göstəriş olsa elə də edəcəyik. Erkin Qədirli isə özü bilər, bu məsələdə sərbəstdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar