Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.
Bu barədə Yenisabah.az-a generalın yaxın qohumları məlumat verib. Məlumata görə, F.Nəbiyev infakt keçirib. O, Türkiyədə vəfat edib.
Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib.
F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.
Allah rəhmət eləsin!
pia.az