Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokurorluq Rüfət Səfərova xəbərdarlıq edib

“Müdafiə xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov avqustun 3-də Baş Prokurorluğun İstintaq İdarəsində 3 saat dindirilib. 15 iyul aksiyası ilə əlaqədar həbs edilmiş AXCP fəalları Fuad Qəhrəmanlı və Seymur Əhmədova qarşı işgəncə haqqında məlumatı sosial şəbəkələrdə yaydığına görə ona xəbərdarlıq edilib.

Turan agentliyi ilə söhbətində Səfərov bildirib ki, onu müstəntiq Mehdi Mirzəyev dindirib. Qəhrəmanlıya və Əhmədova qarşı işgəncələrə gəlincə, bu barədə məlumat anonim mənbədən daxil olub. “Hər ikisinin yanına vəkil buraxılmamasını və ailə üzvləri ilə telefon əlaqələrinin olmamasını nəzərə alaraq, biz bu məlumatı mənbəyini göstərmədən açıqladıq. Biz Ombudsmana və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məsələni humanitar qaydada nəzarətə götürmələri üçün müraciət etdik. Biz həmçinin Baş Prokurorluğu işin araşdırılması üçün təxirəsalınmaz tədbirlər görməyə, hüquqi qiymət verməyə çağırdıq”, deyə Səfərov bildirib.

“Prokurorluq işgəncə haqqında məlumatların əsassız olduğunu bildirib. Amma Qəhrəmanlının və Əhmədovun yanına hələ də vəkil buraxılmayıbsa, bu şəxslərin taleyi bizi ciddi şəkildə narahat edir”, deyə o qeyd edib.

Baş Prokurorluq Səfərovu yalan məlumat yaymaqda ittiham edərək, ona xəbərdarlıq edib.

“Guya mən qanunsuz fəaliyyətlə məşğul oluram. Mən dedim ki, hüquq müdafiə təşkilatı olaraq ictimai əhəmiyyətini və əsaslı şübhələri nəzərə alaraq, əlimizdə olan məlumatı bölüşdük. Araşdırmaq və hüquqi qiymət vermək Baş Prokurorluğun öhdəsinə düşür”, deyə Səfərov bildirib.

Ombudsmanın Qəhrəmanlıya qarşı işgəncələr haqqında məlumatı təkzib etməsinə gəlincə, Səfərov bildirib ki, o, özü keçmiş siyasi məhbusdur və həbsxanada sərt rəftara məruz qalıb. Həmin vaxt da insan hüquqları üzrə müvəkkil bu cür təkziblə çıxış edirdi.

DİN və Baş Prokurorluq da avqustun 2-də Qəhrəmanlıya və həbs edilmiş digər müxalifətçilərə qarşı işgəncələr haqqında məlumatları təkzib ediblər. Fuad Qəhrəmanlının qardaşı Polad Turan-a bildirib ki, onların məhbusla telefonla danışmasına icazə veriblər. “Fuad deyib ki, hər şey normaldır. O, işgəncə haqqında heç nə deməyib, yalnız deyib ki, “hər şey yaxşıdır, mən sağ-salamatam””, deyə Polad Qəhrəmanlı bildirib.

Rüfət Səfərov həmçinin sosial şəbəkələrdə digər məhbus – Seymur Əhmədovun adından məktub yayıb. Əhmədov bildirir ki, saxlanıldığı gündən etibarən işgəncələrə məruz qalır və özünü məhbus kimi deyil, əsir kimi hiss edir. Əhmədov qeyd edir ki, Nərimanov polis idarəsində bir saat ərzində mülki geyimli şəxs tərəfindən dəyənəklə döyülüb, o, ölənə qədər döyülməklə hədələnərək, kamera qarşısında “üzr istəməsi” tələb edilib.

“Mən razılaşmaq məcburiyyətində qaldım və təxribatçılara görə üzr istədim. İndi özümü Osventsim konslagerinin ümidsiz əsiri kimi hiss edirəm”, deyə yazan Əhmədov cəmiyyətdən kömək istəyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar