Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin avqust sürprizləri gözlənilir - Hansı ölkəni zəbt edə bilər?

Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin ölkəsi daxilində hökm sürən böhran fonunda öz mövqelərini möhkəmləndirmək üçün avqust ayında əl ata biləcəyi gözlənilməz xarici siyasət hərəkətlərinə hazır olmalıdır.

Virtualaz.org xəbər verir ki, belə xəbərdarlıqla CNBC telekanalı çıxış edib. Telekanalın bildirdiyinə görə, bir sıra ekspertlər Rusiya liderinin koronavirus pandemiyası və neftin ucuzlaşması fonunda mürəkkəb vəziyyətlə üzləşdiyini qeyd edirlər.

Belə ki, Dünya Bankının proqnozlarına görə, 2020-ci ildə Rusiyada ÜDM 6 faiz azalacaq. Hazırda 18 milyon rusiyalı yoxsulluq həddində yaşayır və iqtisadi böhran şəraitində belə vətəndaşların sayı daha da artacaq.

Bu baxımdan CNBC hesab edir ki, Rusiya prezidenti qərbli həmkarları üçün sürprizlər təşkil edə və ölkə daxilində zəifləmiş mövqelərini bərpa etmək, eyni zamanda Rusiyanın beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün gözlənilməz addımlar ata bilər.

Belə sürprizlərə Moskva artıq 2008-ci ilin avqstunda, Cənubi Osetiyada münaqişə alovlananda əl atıb. 2014-cü ilin avqustuna o, Krımı Rusiyaya birləşdirib, 2015-ci ilin avqustunda isə Rusiya Suriyadakı vətəndaş müharibəsinə müdaxilə edib.

“Əvvəllər Moskva üçün ağır dövrlər başlayanda Putin xarici avantüralara əl atıb ki, öz ölkəsiz üzərində nəzarəti sərtləşdirsin”,-telekanal qeyd edir.

Hadisələrin bu cür inkişaf ssenarisi həm də ona görə ağlabatan görünür ki, Rusiyanın başlıca opponenti ABŞ da hazırda koronavirusun geniş yayılmasına, iqtisadi çöküşə və Amerika şəhərlərini bürümüş etirazlara görə ciddi çətinliklər yaşayır. ABŞ-la Avropa arasında Trampın addımları üzündən başlamış fikir ayrılıqları da belə məqamda Putinin əlinə oynaya, beləliklə də Rusiya lideri növbəti dəfə Moskvanın dünyadakı nüfuzunu gücləndirməyə cəhd edə bilər.

Telekanal qeyd edir ki, Rusiya rəhbərliyi bunu Belarusun “udulması”, yəni zəbt edilməsi hesabına həyata keçirə bilərdi. Belə ki, Putinin Belarusda artan etirazlar və mübahisəli prezident seçkilərindən bəhanə kimi istifadə edərək bu ölkə üçün “milli xilaskar” rolunda çıxış etməsi mümkündür. Nəticədə Belarus Rusiyanın onu “udması” cəhdlərinə qarşı çıxmalı olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar