Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Varşava kabusu – Polşa niyə rus qazına qənim kəsilib?

Ötən gün Polşanın Antiinhisar İdarəsi Rusiyanın “Qazprom” şirkətini cərimələdi. Məlumata görə, şirkət Antiinhisar İdarəsinin “Şimal axını-2″nin tikintisi ilə bağlı tələblərini yerinə yetirmədiyindən 57 milyon avro məbləğində cəriməyə layiq görülüb. Bu isə Antiinhisar İdarəsinin tətbiq edə biləcəyi ən yüksək cərimə miqdarıdır.

Polşanın dövlət qurumunun “Qazprom”-dan istədiyi isə “Şimal axını-2” layihəsinin səhmləri ilə bağlı sənəddir. Belə ki, Avropa Birliyinin qanunvericiliyinə görə, istehsalçı şirkətin təchizatçılıq fəaliyyəti ilə məşğul olması qadağandır. Daha loru dillə ifadə ilə desək, “Qazprom” bu qanunvericiliyə görə, məhsulu həm özü istehsal edib, həm də abonentlərə sata bilməz. Bunun inhisarçılığa yol açacağını düşünən Avropa Birliyi istehsalçı ilə təhcizatçı ayırmağı məsləhət bilib və bunu qanuniləşdirib.

“Şimal axını-2” layihəsinin səhmlərinin isə böyük hissəsi isə “Qazprom”-a aiddir. Dolayısıyla “Qazprom” ondan tələb olunan sənədləri təqdim etsəydi belə, eyni cəzaya layiq görüləcəkdi və layihənin tikintisinin dayandırılması barədə hökmlə üzləşəcəkdi. Görünür, məhz buna görə də Rusiya şirkəti Polşanın tələblərini yerinə yetirmək istəmir.

Polşa Antiinhisar İdarəsinin cərimə qərarı Rusiyada birmənalı qarşılanmadı. Bu da başadüşüləndir. Son vaxtlar Varşavanın atdığı bir çox addımların Rusiyanın milli maraqlarının əleyhinə yönəldiyi ortadadır. Xüsusilə Polşanın Almaniyadan çıxarılan ABŞ əsgərlərinə qucaq açması, ölkə prezidentinin bu məqsədlə Vaşinqtona qədər minnətə getməsi Kremli xeyli qəzəbləndirib. Bir vaxtlar Şərqi Avropa ölkələri ilə SSRİ-nin yaratdığı hərbi ittifaqının mərkəzi qərargahı sayılan və subyektlər arasında bağlanan müqaviləyə (Varşava Paktı) öz adını verən bir paytaxtın bu addımı həqiqətən də asan həzm ediləcək zərbə deyildi. Kremlin qəzəbi elə yüksək həddə yüksəlmişdi ki, Varşava ABŞ-ın hərbi-strateji təyyarəsi sayılan F-35-ləri Polşada yerləşdirmək arzusundan vaz keçmişdi. Əks təqdirdə ehtimal edilən müharibə zamanı ilk hədəfin həmin təyyarələr və onların yerləşdiyi coğrafiya olacağını anlamışdı.

İki ölkə arasında gərginliyin bu həddə çatması azmış kimi, Varşava həm də “Qazprom”-a cərimə kəsir, onun Avropaya qaz ixracatını dayandırmağa məcbur edir. Üstəlik, bu onun ilk addımı da deyildi. Ötən may ayının 17-də Varşava öz ərazisindən keçən Yamal-Avropa qaz kəməri ilə bağlı müqaviləni də ləğv edib. Halbuki müqavilə 2022-ci ilə qədər dövr üçün nəzərdə tutulmuşdu. Rəsmi Varşavanın bu qərarından sonra Rusiya indi müqavilə bağlayacaq yeni tərəfdaş axtarışına çıxmalıdır. ABŞ-ın “kim rus qazına tamah salsa sanksiya ilə üzləşəcək” mənasına gələn tövrlərinin sərgiləndiyi indiki şəraitdə belə bir tərəfdaşı tapmaq, sözsüz ki, müşkül məsələdir. Rusiyanın təkbaşına bu işi yürütməsi isə, yuxarıda da qeyd etdiyimiz kimi, Avropanın Antiinhisar qanunvericiliyinə əsasən qadağan olunub. Beləcə, Moskva ən azı 2 ay əvvəl keçmiş müttəfiqinin ilk dost şapalağını dadıb.

Polşadan keçən Yamal-Avropa qaz kəməri düşündüyümüz kimi az həcmli də deyil. Rəsmi məlumatlara görə, bu xəttlə ildə 32,9 milyard kub metr mavi yanacaq nəql olunurdu. Polşa özünün illik 15 milyard kub metrlik qaz tələbatının hardasa 3/2-ni (10 milyard kub metr) bu mənbədən alırdı. Kəmərlə nəql olunan 22,9 milyard kub metr həcmində qaz isə Almaniyaya ixrac olunurdu. Azərbaycanın TANAP-TAP kəməri ilə ildə 16 milyard kub metr qaz nəql edildiyini nəzərə alsaq, Yamal-Avropa xəttinin ondan 2 dəfə böyük potensiala sahib olduğu ortaya çıxır.

Yamal-Avropa qaz xəttinin çəkilməsinə Rusiya az xərc çəkməyib. Uzunluğu 2 min kilometrdən çox olan bu layihə üçün Moskva 10 milyardlarla dollarından keçib. İndisə qoyduğu xərci çıxarıb-çıxarmadığı bəlli olmayan həmin xəttin aqibəti müttəfiqinin üz döndərməsi səsəbindən qeyri-müəyyənliyə sürüklənib.

Kreml üçün Polşanın həmin layihədən uzaqlaşması tezliklə həllini tapa biləcək problem deyil. Çünki 2 min kilometrlik kəmərin 683 km-i Polşa ərazisindən keçir və xəttin həmin hissəsində 5 kompressor stansiyası qurulub. Polşanın Europol Qaz Tərəfdaşlığı tərəfindən idarə olunan xətdən aldığı qazı ABŞ-ın LNG-si (sıxılmış qaz) ilə əvəz etməyə həvəslənməsi də Rusiyanı qıcıqlandıracaq əsas amillərdəndir. Çünki ABŞ Polşada böyük qaz santralı tikib və özünün Şərqi Avropaya və Balkan ölkələrinə satdığı sıxılmış qazını həmin santraldan nəql etməyə çalışır. Bu da öz növbəsində Polşanın Şərqi Avropa üzərində üstünlüyünü təmin edir, Rusiyanın isə qoca qitədəki qaz inhisarçılığını zəiflədir.

ABŞ-ın himayədarlığı ilə Polşanın Avropada yeni güc mərkəzinə çevrilməsi Almaniya və Fransanı da ciddi narahat edir. Nədən ki, bu ölkələr Avropa Birliyindəki “söz ağası” statuslarını itirmək istəmirlər. Polşanın “qoca qitə”də yeni güc mərkəzi kimi ortaya çıxması isə xüsusilə Şərqi Avropa ölkələrinin ona meyllənməsinə yol açır. Bu da Almaniya və Fransa liderliyində Avropa Birliyinin genişlənmə siyasəti üçün potensial təhlükə deməkdir. Görünür, bir-birindən fərqli əsaslara söykənsə belə, eyni nöqtədə birləşən maraqlar Rusiya, Almaniya və Fransanı yaxınlaşdırır. Hər 2 Avropa ölkəsinin “Şimal axını-2” layihəsində Rusiyanın tərəfdaşı kimi çıxış etməsinin başlıca səbəblərindən biri də budur. Məsələyə bu aspektdən nəzər salanda Polşanın öz quru və dəniz sərhədlərindən keçən 2 rus kəmərinə qarşı çıxmasının bir başqa səbəbi də aydınlaşır.

Rəsmi Varşava da eyni anda bir neçə istiqamətdə Rusiyanın maraqlarının ziddinə getməsinin yaratdığı qəzəbin fərqindədir. Görünür, elə buna görə də ölkənin Baş naziri Polşa Antiinhisar İdarəsinin çıxardığı qərarı əsaslandırmaq zərurəti hiss edib. “Biznes Alert” nəşrinin məlumatına görə, dünən axşam Polşanın Baş nazir Mateuş Moravetski “Qazprom”-un cəzalandırılması məsələsinə aydınlıq gətirib və Rusiya ilə aradakı gərginliyi azaltmağa çalışıb. Moravetski bildirib ki, Polşada güclü anti-Rusiya əhval-ruhiyyəsi yoxdur. “Ancaq bizim sevmədiyimiz bəzi məqamlar var” deyən Baş nazir, həmin “sevilməyən şey”lərin “Şimal Axını-2 “kimi layihələr olduğunu vurğulayıb.

Moravetski layihənin region üçün təhlükəli olduğunu da iddia edib. Maraqlıdır ki, Baş nazir layihənin hansı səbəbdən təhlükəli olduğu məsələsinə aydınlıq gətirməyib. Bununla belə, layihənin hansı səbəbdən təhlükəli olduğu əslində gizli də deyil. Varşava üçün bu layihə ABŞ-ın LNG-sı sayəsində Avropanın qaz təminatçısı olmaq yolunda bir əngəl, qitə üçün isə rus qazından asılılığın simvoludur.

Heydər Oğuz(Strateq.az)

pia.az


Etiket: Rusiya Polşa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar