Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yumşaldılaraq uzadılan sərt karantin rejimi... - Verilən qərarlar nə qədər doğrudur?

SMS-lərin ləğv olunduğu şəraitdə iş yerlərinin bağlı saxlanılması nə qədər doğrudur?..

Professor: “Operativ Qərargah birinci karantin qaydalarını yumşaldandan sonra yaranan vəziyyətdən xeyli ehtiyyatlanıb”.

“Biz Operativ Qərargaha müəyyən təkliflər vermişdik. Əgər Operativ Qərargah həmin təklifləri qəbul etsəydi və təkliflərə əməl olunsaydı, təbii ki, daha çox uğura nail ola bilərdik”.

Bu sözləri tibb elmləri doktoru Adil Qeybulla ölkədə avqustun 31-ə qədər uzadılan sərt karantin rejimini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Operativ Qərargahın brifinqi oldu. Brifinqdə bildirildi ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.

Operativ Qərargahın yumşaltma ilə bağlı qərarı isə cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. İş yerlərinin hələ də bağlı qalması, metronun açılmaması böyük əksəriyyətin narazılığına səbə olub.

Hazırda ölkədəki pandemiya şəraitini necə dəyərləndirmək olar və Operativ Qərargahın avqustun 31-nə qədər qüvvədə saxladığı sərt karantin rejimini doğrudur? Xüsusən SMS-lərin ləğv olunduğu şəraitdə iş yerlərinin bağlı saxlanılması nə qədər doğrudur?

Mövzunu PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “SMS icazəni ləğv edib, iş yerlərini açmamaq düzgün deyil. Həmçinin də çimərlikləri açıb, həftə sonları ictimai nəqliyyatı durdurmaq qərarı da anlaşılmazdır”.

Çimərlikləri açıb həftə sonları ictimai nəqliyyatı ləğv etmənin düzgün olmadığını düşünən professor PİA.az-a açıqlamasında bildirib ki, insanlar çimərliyə daha çox həftə sonları gedirlər. İctimai nəqliyyat işləməyəndən sonra kasıb insanlar nə edəcəklər? Onlar çimərliyə gedə biləcəklər? Bu üzdən Operativ Qərargahın verdiyi qərarlada çatışmamazlıqların olduğunu vurğulayan ekspertin fikrincə Operativ Qərargahın qərarlarında ehtiyyatlılıq hiss olunur:

“Əslində Operativ Qərargah birinci karantin qaydalarını yumşaldandan sonra yaranan vəziyyətdən xeyli ehtiyyatlanıb. Çünki Operativ Qərargahın indi verdiyi qərarlar bunu göstərir. Yəni biri var mərhələ ilə yumşaltmalar, biri var ehtiyyatla yumşaltmalar. Operativ Qərargahın qərarlarında ehtiyyatlılıq hiss olunur.

Bildiyimiz kimi biz Operativ Qərargaha müəyyən təkliflər vermişdik. Həmin təkliflərdə bu işlə məşğul olan alimlərin verdiyi təkliflər üstünlük təşkil edirdi. Əgər Operativ Qərargah həmin təklifləri qəbul etsəydi və təkliflərə əməl olunsaydı təbii ki, biz daha çox uğura nail ola bilərdik. Təəsüflər olsun ki, Operativ Qərargah dünən verdiyi xətti seçdi.

Bundan sonra isə vəziyyətə baxıb, dinamikanı izləmək lazımdır. Düşünürəm ki, sərt karantin rejimi tam ləğv edilməlidir. SMS icazəni ləğv edib iş yerlərini açmamaq düzgün deyil. Həmçinin də çimərlikləri açıb, həftə sonları ictimai nəqliyyatı durdurmaq qərarı da anlaşılmazdır. Çünki insanlar çimərliyə daha çox həftə sonları gedirlər. İctimai nəqliyyat işləməyəndən sonra kasıb insanlar nə edəcəklər? Onlar çimərliyə gedə biləcəklər?”.

Nərminə UMUDLU
pia.az


Etiket: Karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar