Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fəttah Heydərovun yeri həmişə görünəcək...” – Sabir Rüstəmxanlı

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsində bu gün vəfat edən həmkarı Fəttah Heydərovla bağlı status paylaşıb.

PİA.az həmin statusu olduğu kimi təqdim edir:

Ağsaqqalların yeri dolmur

Adam var ki, doğum tarixinə baxsan gəncdir, enerjisi aşıb daşmalıdır, amma həyat tərzinə, işinə baxanda görürsən ki, qocalıb, yaşamaq eşqi tükənib. Adam da var ki, 70-80 yaşlarında da iş görmək həvəsi aşıb-daşır, düşünür, ideyalar verir, quruculuqdan yorulmur, ölümdən qorxmadan ruhunu gələcəyə kökləyir...

Bu gün vəfatı haqqında acı xəbəri eşitdiyim dəyərli həmkarımız Fəttah Heydərovu tanıdığım bütün illər ərzində belə yaşamaq həvəsi ilə dolu, bütün hadisələrə gənclik eşqi ilə yanaşan, düşüncələrindəki işığı, aydınlığı heç vaxt itirməyən, münaqişələrdən az itkiylə çıxmaq üçün yollar axtaran bir insan kimi görmüşəm. Milli Məclisin deputatı olduğu ahıllıq illərində gənclik şuxluğunu saxladığı kimi, mühüm vəzifələrdə çalışıb, həmişə el-obanın xidmətində olduğundan xalq arasında hörmət qazandığı gənclik illərində də öz ağlı və müdrikliyi ilə ağsaqqal mərtəbəsində dayanmışdı. Milli Məclisdə bir çox gənc həmkarlardan fərqli olaraq o, yaşlı vaxtlarında da kitabdan ayrılmamışdı, ədəbiyyatımızı, mədəniyyətimizi dərindən bilirdi və bu sahədə çalışan insanlara dərin sayğısı vardı.

Fəttah Heydərov bir müddət Naxçıvan Respublikasının Mədəniyyət Naziri vəzifəsini daşımışdır, ömrünün sonuna qədər də mədəniyyətimizin, ədəbiyyatımızın təəssübkeşi və təbliğçisi oldu. Etibarlı adam idi, salamı-kalamın, kəsilən çörəyin qədir-qiymətini yaxşı bilirdi. Təmkinini itirməzdi, ictimai həyatımızın ən dramatik anlarında da hadisələrə səbrlə yanaşırdı. Mənim çılğın, əsəbi anlarımda qolumdan tutub sakitcə, “darıxma, hər şey yoluna düşəcək, Allahın verdiyi o qələmin qədrini bil, bütün cavablar ondadır”- deyirdi. Könlütox insan idi. İmkanları nə qədər artsa da, qürrələndiyini, özünü başqalarından yuxarı tutduğunu görmədim. Xeyirxahlıq, yardımsevərlik onun xarakteri idi . İmkanı daxilində ümid qırmaz, ona uzanan əli kəsməz və boş qaytarmazdı. Bir sözlə əsl ağsaqqal idi. Elə buna görə də Respublika Ağsaqqal Şurasının sədri seçilmişdi və bu vəzifəni ləyaqətlə daşıyırdı. Milli Məclisin yeni tərkibi işə başlayandan sonra bir neçə dəfə görüşmüşdük. Yerişi bir az ağırlaşsa da, üzündə xəstəlik əlaməti görünmürdü .

Gənclərin itkisi ağır olduğu kimi ağsaqqalların da itkisi ağırdır. Çünki, yerləri dolmur. Fəttah Heydərov imanlı kişi idi. Yeri cənnət olsun! Onu sevənlərə, Milli Məclisə və Heydərovlar ailəsinə dərin hüznlə başsağlığı verirəm.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar