Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vinq Çundan parlamentə... — Seçici Jalə Əhmədovanı tanıyırmı?

"Ən yeni deputat” rubrikasının bu dəfəki qonağı Jalə Əhmədovadır. Onu tanıyırsınızmı? Gəlin, tanış edək:

Milli Məclisə idman aləmindən üç ən yeni deputat var: Nigar Arpadarai, Könül Nurullayeva və Jalə Əhmədova…

J.Əhmədova 59 saylı Salyan seçki dairəsindən deputatdır. Amma buna qədər salyanlılar onu tanımayıblar, hər hansı ictimai fəaliyyətini görməyiblər, yerli camaatla işləməyib, xeyrində-şərində iştirak etməyib ki, rayonda nüfuz sahibi olsun.

Ona görə J.Əhmədova bu dairədən namizədliyini irəli sürəndə salyanlılar bir-birinə təəccüblə baxırdılar ki, bizim millət vəkilimiz olmaq istəyən hörmətli xanım kimdir…

Çünki Jalə xanım ictimai-siyasi çevrələrdə tanınmırdı, o, idman sektorunun fəal üzvlərindən olub.

Bilməyənlərin nəzərinə çatdıraq ki, J.Əhmədova Vinq Çun Döyüş Sənəti Federasiyasının I Vitse-Prezidentidir. Eyni zamanda Xüsusi Dövlət Mühafizə Xidmətinin baş hüquqşünası vəzifəsini daşıyır.

Salyanlılar isə ən yeni deputatının üzünü nadir hallarda görürlər. Onların problemlərinin çatdırılmasında, parlamentdə qaldırılmasında J.Əhmədovanın xüsusi fəallığı nəzərə çarpmır.

Ümumiyyətlə, mətbuatda, telekanallarda çıxışlarını da istisna hallarda görmək olar. Onun Milli Məclisdə hansısa fərqlənən çıxışını, aktivliyini xatırlamaq olmur.

Ümumiyyətlə, parlamentə ilk dəfə düşən deputatların əksəriyyəti passiv fəaliyyətdədirlər. Onların sırasında olan Jalə Əhmədova da nə seçici, nə media ilə sıx işləyir.

Hərçənd millət vəkili ictimai funksiyadır və gecə-gündüz mətbuata müsahibələr verməli, seçiciləri ilə karantin səbəbindən virtual, onlayn görüşlər keçirməli, müraciətlərini araşdırıb müvafiq stansiyalara ünvanlamalıdır.

J.Əhmədova kimi gənc və adı ilk dəfə eşidilən namizədlərin parlamentə buraxılmasında da məqsəd məhz aktiv deputatların sayını artırmaq idi.

Amma milyonçu və biznesmen deputatlardan geri qalmayan yeniləri susmağa üstünlük verirlər. Biz düşünmürük ki, Jalə xanım bilərəkən belə passiv mövqedədir.

Ola bilsin ki, ilk parlament fəaliyyətidir, təcrübəsi azdır, seçici ilə işləməyi öyrənir, vətəndaşların problemlərinin yönəldilməsində yüksək əlaqələri və nüfuzu yoxdur, bunlar da təsirini göstərir.

Amma prezident yeni Milli Məclisdən fəallığı, ictimai nəzarətin güclənməsində enerjili olmağı gözlədiyini söyləmişdi. J.Əhmədova isə hələ ki gözlənilən səviyyədə deputat kimi seçicilərinin ümidlərini doğrultmur. Baxmayaraq ki, adı heç bir xoşagəlməz hadisədə, korrupsiyada, Salyanda biznes qurmaqda hallanmayıb.

Bizim isə "Ən yeni deputatlar” rubrikamızın gələn sayında siz Anar İsgənərovla tanış olacaqsınız. ( Reportyor.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar