Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Mühafizəkar düşərgədə didişmə: Məclis sədrinin prezidentliyə yolunu qapadacaq korrupsiya ittihamları

“Əl-Monitor”, 03.06.2020

“O, tutduğu vəzifədə bəzi qanun pozuntularına yol verə biləcəyi üçün daim izlənilməlidir”. Bunu veteran mühafizəkar siyasi fiqur və indiki millət vəkili Mustafa Mirsəlim bir dəfə İslam Respublikasının hakim elitasında ən güclü siyasətçilərdən biri olan Məhəmməd Baqir Qalibaf haqqında söyləyib.

Mirsəlim bu ayın əvvəlində İran məhkəmə sisteminə hazırkı parlament sədrinin – 2017-ci ildə geniş müzakirə olunan – kütləvi rüşvət sxemində iştirakına dair dəlillər təqdim edərək, Qalibafı divara dirəyib. O, Qalibafın bəzi millət vəkillərinə 650 milyard rial (təxminən 17 milyon dollar) ödədiyini iddia edib. Söhbət spikerin 12 il Tehran meri vəzifəsində olarkən çoxmilyon dollarlıq əmlak fırıldaqçılığı iddiası ilə əlaqədar istintaqı dayandırmaq cəhdindən gedir.

2017-ci ildə sxemə dair araşdırma Qalibaf və yaxın köməkçilərinin böyük ödəniş müqabilində müxtəlif alıcılara 1,1 milyon kvadratmetr ərazi və daşınmaz əmlakı satdığı barədə çoxsaylı məlumatlara işıq sala bilərdi. Ancaq həmin vaxt millət vəkilləri Qalibafın “təşəkkür məktubu”nu alaraq istintaqı dayandırıblar. Mirsəlim Qalibafın hadisələrin trayektoriyasını öz xeyrinə dəyişmək üçün lobbiçi kampaniyaya başladığını bildirib.

Əhməd Təvəkkoli mühafizəkar düşərgənin ənənəvi təbəqəsini təmsil edən siyasi fiqurdur və korrupsiyaya qarşı əzmkarlığı ilə tanınır. İranda fəaliyyət göstərən “Transparency and Justice Watch” qeyri-hökumət təşkilatının direktoru olaraq Təvəkkoli indi Mirsəlimi parlament sədrinin saxtakarlığına aid sənəd təqdim etməyə çağırıb. O, QHT-nin nizamnaməsinə əsasən, bütün sənədlərin müstəqil ekspertizadan keçiriləcəyini və nəticələr barədə ictimaiyyəti məlumatlandıracağına söz verib.

Mirsəlimin iddiaları Qalibafın məsləhətçilərinin qəzəbinə səbəb olub. Onlar Mirsəlimi “yalan iddialar”la böhtan atmaqda ittiham edir. Bənzər bir qəzəbli əhval-ruhiyyə, Qalibaf tərəfdarı olan media qurumlarının geniş şəbəkəsində əks olunub. İslam Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli “Təsnim” xəbər agentliyi yazıb ki, “iddialarını isbatlaya bilmədiyi halda, məhkəmə Mirsələmə qarşı rəhmdil olmamalıdır”.

Yeri gəlmişkən, Qalibaf 19 yaşından bu hərbi təşkilatın – İİKK-nın üzvüdür.

Ləğv edilmiş istintaqla tanış olduğunu söyləyən keçmiş millət vəkili Məhəmməd Məlikşahi-Rad rüşvət iddiasını qəti şəkildə rədd edərək, Qalibafı dəstəkləyib. O, prosesi dayandıran millət vəkillərinə heç bir dəlil təqdim edilmədiyini və bütün epizodun 2017-ci ilin prezident seçkisi öncəsi Qalibafı nüfuzdan salmaq üçün siyasi motivli qaralama kampaniyası olduğunu söyləyib.

Məsələyə yaxşı bələd olan digər keçmiş millət vəkilləri bu sözləri hələ nə təsdiqləyib, nə də rədd edib.

36 fərqli fayllı araşdırmaya qismən aydınlıq gətirmiş araşdırmaçı-jurnalist Yaşar Soltani 2 ay müddətinə həbs olub və bir çoxları bunu Qalibaf və məhkəmədəki müttəfiqlərinin qisası sayıb.

Amma məhkəmə orqanlarının keçmiş bələdiyyə sədrinə dəstəyi belə ictimai marağı azaltmayıb. 2017-ci ilin prezident seçki kampaniyası dövründə Qalibaf, yalnız bu iddialarla əlaqəli deyil, həm də oğlunun maliyyə imperiyasına rəhbərlik etməsi və arvadının “xeyriyyə təşkilatı”na bələdiyyə fondlarından 15,8 milyon dollar pul verildiyi ilə bağlı siyasi spektrdən gələn davamlı iddialarla üzləşib.

2018-ci ildə Tehranın yeni bələdiyyə rəisi seçilib: islahatçı siyasətçi Məhəmməd Əli Nəcəfi və o, prokurorlara Qalibafın mənimsəməsinə dair ətraflı sübutlar təqdim edib. Buna baxmayaraq, prokurorluq izahsız araşdırmadan boyun qaçırıb. Bunun əvəzinə, Qalibaf komandası böyük təzyiqlər göstərib və yeni bələdiyyə rəisi Nəcəfi 8 ay sonra istefa verib.

Keçmiş polkovnik və hazırkı parlament sədrinə qarşı iddialarına görə Mirsəlimin hansı keşməkeşlərdən keçəcəyi məlum deyil. Bununla belə, onun bu hərəkəti artıq məhkəmə və parlamenti nəzarətində saxlayan və prezidentliyə ümid edən sərt tənzimçilər düşərgəsində parçalanmanı dərinləşdirir.

Prezidentliyə namizədlə bağlı konsensus bölünmüş düşərgədə hədəf kimi görünür. Neoprinsipçilər kimi tanınan və Qalibafın rəhbərliyi altında birləşmiş yeni nəsil mühafizəkarlar Mirsəlimin mənsub olduğu ənənəvi sektorları təsirli şəkildə kənarlaşdırmaq əzmini göstəriblər.

Əvvəlki prezident seçkilərində Qalibafın üç məğlubiyyəti onun ambisiyalarını zəiflətmiş kimi görünmür. Korrupsiya ilə əlaqəli ittihamdan yayınmaqda müvəffəq olmasına baxmayaraq, dövlət səviyyəsində işi bağlatdırıb, bəlkə də prezidentliyə gedən yolun açılması üçün lazım olan hər şey etməlidir.

“Maşregh News” – Qalibafın siyasi ideologiyasını bölüşən ultrakonservativ onlayn nəşr Mirsəlimi mühakimə edərək iddialarını “dişsiz” adlandırıb. Bu nəşr veteran siyasətçini siyasi səhnədən təmizləməyə çağırıb, çünki “onun orada olması hakim quruluşun və ictimaiyyətin xeyrinə olmayacaq”.

Bu cür şərhlər Qalibafın sonda prezident kürsüsünə sahib olacağı təqdirdə, terrorun potensial hakimiyyətə sahib olacağı qorxularını artırıb. “Əgər bu ritorika, həqiqətən, Qalibaf tərəfdarlarına məxsusdursa, o zaman, müxaliflər edamdan canlarını qurtarmaq üçün aktivliklə vidalaşmalı olacaqlar”, – deyə islahat tərəfdarı keçmiş siyasi məhbus Əhməd Zeydabadi “Instaqram”-dakı hesabında yazıb.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

"Siyavuş Novruzov, artıq özü-özünü ifşa edib” - Maksim Musayev

Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı

Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı

DSX-dən hərbi salamı ilə sosial şəbəkədə məşhurlaşan məktəbliyə jest - Foto

Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu - Vurulma anı videosu

Ev almaq istəyənlər: Qiymətlər daha da düşəcək

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

loading...

Ən çox oxunanalar