Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada azarkeşlər tribunaya qayıdır

Almaniyada futbol çempionatlarının yeni mövsümdən azarkeşlərin iştirakı ilə keçirilməsi gözlənilir.

PİA.az xəbər verir ki, Almaniya klublar birliyinin (DFL) bununla bağlı hazırladığı təklif paketi klublar tərəfindən qəbul olunub.

Birinci və ikinci Bundesliqadan 36 klub DFL-in videokonfrans formatında olan toplantısında azarkeşlərin tribunalara qayıtmasını dəstəkləyib.

Yeni qaydaya əsasən, stadiona ilin sonuna qədər ancaq ev sahibi komandanın azarkeşləri buraxılmalıdır. Bundan başqa, 31 oktyabra qədər ayaq üstə oyun izləyən azarkeş olmamalıdır və stadionda alkoqollu içkilərin satışına icazə verilməməlidir.

DFL prezidenti Kristian Şeyfert isə toplantıda bildirib ki, yeni mövsümdən azarkeşlərin oyunlara buraxılıb-buraxılmaması ilə bağlı son qərarı hər klubun təmsil olunduğu bölgənin yerli icra orqanı verəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Almaniyada oyunlar may ayından azarkeşsiz keçirilib. (Qol.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar