Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyrutdakı partlayış Azərbaycanda da baş verə bilərmi? – Ekspertdən açıqlama

Ötən gün Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Partlayışa səbəb liman anbarlarından birində saxlanılan 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) olub.

Bildirilir ki, partlayış həmin anbarda qaynaq işləri aparılarkən baş verib. Hadisənin mərkəzdə baş verməsi səbəbilə əlaqədar 100-dən çox insan ölüb və minlərlə insan yaralanıb. Məlumdur ki, paytaxtımızda da insan həyatı üçün təhlükə törədən, kimyəvi maddələrin saxlanıldığı zavodlar mövcuddur. Həmçinin yanacaqdoldurma məntəqələrinin hündürmərtəbəli binaların yaxınlığında yerləşməsi müəyyən qədər risk daşıyır.

Mövzuyla bağlı Yenisabah.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Bakıda bəzi yerlər var ki, orada partlayış baş verərsə, müəyyən dağıntılara səbəb ola bilər. Ona görə də həmin ərazilərdə nəzarəti gücləndirmək:

“Ümumiyyətlə, dünyanın hər hansı bir yerində güclü bir hadisə baş verdikdə təbii olaraq fikirləşirik ki, Azərbaycanda da belə bir hadisə baş verə bilərmi? Amma gəlin nəzərə alaq ki, yanacaqdoldurma məntəqələri qurulanda ilk növbədə təhlükəsizlik məsələləri nəzərə alınır. Düzdür, Bakıda elə yerlər var ki, partlayış baş verərsə, müəyyən gərginliklər və dağıntılara səbəb ola bilər. Ona görə həmin ərazilərdə nəzarəti gücləndirmək, təhlükəsizliyi artırmaq lazımdır, lakin həmin ərazidəki obyektləri başqa yerə köçürmək əsas həll deyil. Mənə elə gəlir ki, bu məsələlərə Fövqəladə Hallar Nazirliyi xüsusi təkan verməlidir”.

Eksert qeyd edib ki, problem təkcə yanacaqdoldurma məntəqələri ilə bağlı deyil. Belə ki, biz neft ölkəsiyik, tullantılardan tutmuş bəzi neftayırma zavodlarımıza qədər hamısının təhlükəsizliyinə xüsusi diqqət ayrılmalıdır:

Avropanın bəzən elə yerlərdə yanacaqdoldurma məntəqələri görmüşəm ki, düz şəhərin mərkəzində, əhalinin sıx yaşadığı yerdə yerləşdirilib. Sadəcə, orada təhlükəsizlik qaydalarına əməl edilir. Bizim bütün hər şeyi şəhərdən çıxarmağa cəhd etməyimiz müəyyən narahatlığa səbəb ola bilər. Onda gərək maşına benzin tökmək üçün uzun bir yol gedilsin. Düzü mən kimyəvi material hazırlanan bazaların harada saxlandığını bilmirəm, amma diqqət ayrılmalı olan yerlər məhz oralardır. Elə yerlərə təkcə baş çəkmək kifayət deyil. Həmçinin qeyd edim ki, ən çətin yerlərdən biri də məhz metrodur. Metronun həm ehtiyatsızlıqdan partlama ehtimalı var, həm də xüsusi terror obyekti kimi çox təhlükəlidir. Ən ciddi nəzarət orada olmalıdır. İstənilən dağıntını nə vaxtsa bərpa etmək mümkündür, amma insan fəlakətinin bərpası mümkünsüzdür. Ona görə də insanlara zərər gələ biləcək yerlərə nəzər salınmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar