Cümə, 18 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Müğənnilərin əsas dərdi odur ki, toy yoxdur, pul gəlmir" - Sosioloq  

Dünən müğənni Niyam Salaminin açıqlaması sosial şəbəkələrdə gündəm olub. Sənətçi xüsusi karantin rejiminin uzadılmasına etiraz olaraq video çəkib İnstaqram səhifəsində paylaşıb. Sərt karantin səbəbindən sosial şəraitinin ağırlaşdığını, dolana bilmədiyini deyən müğənninin fikirləri birmənalı qarşılanmayıb. Onu dəstəkləyənlərlə yanaşı, sərt tənqid atəşinə tutanlar da az deyil.

Həmin videonu izlədiyini deyən sosioloq-alim Əhməd Qəşəmoğlu deyib ki, müğənninin səsləndirdiyi fikirlərin məntiqi əsası yoxdur.

Çünki o xalqı etiraza çağırır:

“Kimdən nə tələb edir? Sabah icazə versinlər toy olsun? Müğənnilərin əsas dərdi odur ki, toy yoxdur, pul gəlmir. Fərz edək ki, həlledici insanlar bizik. Neyniyək? Toylara icazə verək? Mən karantinin uzadılmasının tərəfdarı deyiləm. Amma ölkədə ictimai qınaq mexanizmi yaradılmalıdır. Qaydalara əməl etməyənlər üçün maarifləndirmə işləri aparılmalıdır.

Ona görə ki, insan ehtiyat edib, küçəyə maskasız çıxıb, kiminləsə qucaqlaşıb, öpüşə bilməsin. O cəhətdən karantin uzanmasın, çünki çox problem ortaya çıxa bilər. Deyək ki, müğənnilərə qulaq asdıq. Lap toya icazə versinlər. Şəxsən mən ən yaxın adamım çağırsa da, toya getmərəm. Yəni əksəriyyət belə edər. Bunların tələb etdikləri absurddur, mənasızdır”.

Ə.Qəşəmoğlu hələ aylar öncəsindən verdiyi müsahibələrdə sənət cameasına xəbərdarlıq etdiyini də vurğulayıb:

“Dedim ki, xanəndələr, müğənnilər, musiqiçilər bilməlidir: “Artıq şou dövrü bitdi!. Əvvəlki kimi olmayacaq! İndidən hərə öz qabiliyyətinə uyğun iş axtarsın. Kimisi ağıllıdır “Youtube”də kanal açıb, ordan pul qazanır.

Bəziləri kolleclərdə, universitetlərdə musiqi müəllimi işləyir. Eləsi də var bizneslə məşğuldur. Amma şou-biznes əhli xəyallarla yaşayır. Fikirləşilər ki, Mirzə Cəlilin təbirincə desək: “Bəlkə də qaytardılar”. Amma olmayacaq, qayıtmayacaq. Azərbaycanda həmin şou dövrü bitdi!.

Ona görə hamı indidən başına çarə qılsın. Yoxsa camaatı nəyə səsləyirsən? İnsan çağırış etməzdən öncə düşünməlidir”.(Şərq.az)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Könül Kərimova karantin qaydalarını pozdu - Video

Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - Rəsmi açıqlama

Prezidentin köməkçisi Anar Ələkbərov Ramiz Mehdiyevlə görüşdü - Foto

Qurban Məmmədovu Əli Həsənov xilas etdi? - İstanbuldan Londona təcili uçuş...

İntihar edən müəllimə intim şəkilləri ilə şantaj olunurmuş - Şikayətinə isə baxılmayıb...

Qurban Məmmədovla Cavid Qurbanovu nə birləşdirir? - 35 minlik "paket"in missiyası ilə bağlı sensasion iddialar...

Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - Fotolar

Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov infarkt keçirdi

loading...

Ən çox oxunanalar