Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ciddi yumuşaldılmaya gedilməsi təhlükəlidir - Video

Dövlətin karantin rejmi ilə bağlı verdiyi qərarların əsasında vətəndaşların təhlükəsizliyi dayanır. Bu məsələdə isə vətəndaşlar səbrli olmalı, həmrəylik nümayiş etdirməlidir. Elə cəmiyyətin tanınmış şəxsləri də bu fikirdədirlər. Onların sözlərinə görə Azərbaycanda indi ciddi yumuşaldılmaya gedilməsi olduqca təhlükəlidir.

Koronavirus təhlükəsi qaldıqca və bu bəlanın vaksini tapılmadığı müddətcə sərt karantin rejminin birdən-birə ciddi şəkildə yumuşaldılmaya gedilməsi məqsədə uyğun deyil. Əks halda dünyanı cənginə alan bu virusa yoluxanların sayı yenidən kəskin arta bilər. Dövlətin karantin rejmi ilə bağlı verdiyi qərarların əsasında vətəndaşlarımızın təhlükəsizliyi dayanır.

Əməkdar incəsənət xadimi, kinoşunas Ayaz Salayev deyir ki, bu məsələdə vətəndaşlar səbrli olmalı, həmrəylik nümayiş etdirməlidir.

1-ci dəfə sərt karantin rejminin yumşaldılması əslində bütün reallığı ortaya qoydu. Sosial məsəfə başda olmaqla qaydalara əməl edilmədi. Koronavirusla mübarizədə müsbət nəticə əldə edən Azərbaycanda bir anda yoluxmalar gündəlik 400-500-600 nəfəri keçdi. Xalq artisti Teymur Göyçayev hesab edir ki, tam müsbət nəticə əldə etmək üçün qoyulan bütün qaydalara məhdudiyyətlərə əməl edilməlidir..

Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxaql təşkilatlar koronavirusla bağlı hələ də həyəcan təbili çalır. ÜST cəmi bir neçə gün əvvəl koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyətin müddətini daha 3 ay uzatdı. Xalq artisti Samir Cəfərov isə düşünür ki, beynəlxalq qurumların atdığı bu addımların fonunda Azərbaycanda ciddi yumuşaldılmaya gedilməsi olduqca riskli olardı.. Ciddi yumuşaldılma tədbirlərindən ən böyük zərəri elə insanlar görərəcək.

Bir müddət əvvələ qədər təhlükənin nisbətən səngidiyi avropa artıq ikinci dalğaya hazırlaşır. Xüsusilə Almaniya,İtalya və İspaniyada virusa yoluxanların sayı son günlər artıb. Təhlükə hər bir ölkədə hər an yenidən yüksələ bilər.

Əməkdar artist Abbas Bağırov isə deyir ki, əsas məsələ virusun ikinci dalğasından minimum zərərlə çıxmaqdır. Bütün çətinliklərə baxmayaraq, sağlamlığımızı qoruyan addımları dəstəkləməliyik.

Karantin rejiminin yumşaldılması vəya sərtləşdirlməsi ilə bağlı qərarlar populist tonda çıxış edənləri fikirləri əsasında yox mütəxəssilərin rəyləri və proqnozları əsasında qəbul edilir.

piaaz


Etiket: Karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar