Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olunub

İyunun 21-dən etibarən ölkədə elan olunan sərtləşdirilmiş xüsusi karantin rejimini ilə əlaqədar “DOST” mərkəzlərində fasilə verilən vətəndaş qəbulu bərpa olunub.

Mərkəzlər saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olub.

İlk gündə Bakı şəhərində fəaliyyət göstərən DOST mərkəzlərinə rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Müraciət edən vətəndaşların ümumi sayı 1 718 nəfər olub.

“DOST” mərkəzlərinə daxil olan vətəndaş müraciətlərinin 74%-i əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər üzrə, 17%-i məşğulluq sahəsində göstərilən xidmətlər üzrə, 5%-i əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində göstərilən xidmətlər üzrə, 4%-i isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi üzrə olub.

Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl edilib. Əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılıb. Mərkəzlərə gələn vətəndaşların da qoruyucu maskalarından istifadə etmələri və sosial məsafə saxlamaları tövsiyə edilib.

Qeyd edək ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iyun ayının 21-dən etibarən DOST mərkəzlərində xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri yalnız e-poçt və “Çağrı Mərkəzi 142” vasitəsilə qəbul edilirdi.

Xatırladaq ki, hazırda Bakı şəhərində 3 “DOST” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər paytaxtın Yasamal, Səbail, Qaradağ, Nizami, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarından qeydiyyatda olan əhaliyə xidmət göstərir.

pia.az 


Etiket: Qəbul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar