Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Relax"a istirahətə gedənlər saxlanıldı - Video 

Karantin qaydalarını pozaraq Bakı şəhərindən bölgələrə sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhər sakini Nizami Ayvazov idarə etdiyi "Skayner” markalı sərnişin avtobusu ilə paytaxt qeydiyyatında olan sərnişinləri Lerik rayonuna aparmaq istəyən zaman Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılan xüsusi karantin postunda yol polisləri tərəfindən saxlanılıb.

Sürücü əvvəlcə avtobusla postda olan yük maşınları üçün nəzərdə tutulan zolaqdan keçməklə yoxlamadan yayınmaq istəyib. Daha sonra postda xidmət aparan yol polisləri tərəfindən sürücü məcburi qaydada saxlanılıb. Nəqliyyat vasitəsinin salonuna baxış zamanı 40 nəfər bir-biri ilə yaxın qohumluq münasibətində olan paytaxt qeydiyyatında olan sərnişinin karantin qaydalarını pozaraq Lerik rayonuna getmək istədikləri məlum olub.

Avtobusda olan şəxslərdən 14-ü yetkinlik yaşına çatmayan azyaşlılar olub.  İstirahət məqsədi ilə yaxın qohumlarını və ailəsini bir yerə cəmləyərək avtobus sifariş verən və tədbiri təşkil edən Fikrət Əliyev və digər 25 sərnişin barəsində inzibati qaydada protokol tərtib edilərək onlar cərimə olunublar.

Sürücü Nizami Ayvazov barəsində isə inzibati qaydada qərar qəbul edilməsi Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində toplanan materiallar məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyi bir daha karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək onlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizam tədbirləri görüləcək.

pia.az 


Etiket: İstirahət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar