Bazar, 27 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İlham Əliyev: “Lazım olmayan layihələr icra edilir”

Azərbaycanda israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir”.

Bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

“Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir - buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma, necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır - bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir”, - deyə o, qeyd edib.

“Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu, olmasa, bu birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin. Əlbəttə, makroiqtisadi vəziyyətin sabit qalması sevindirici amildir, inflyasiya təqribən 3 faiz ətrafındadır və artıq məlumat verildi ki, bizdə xarici borc artmayıb. Ümumi daxili məhsula nisbətdə ola bilsin ki, artıb, çünki ümumi daxili məhsul bizdə azalır və azalacaq. Ancaq bizdə mütləq rəqəmlərdə xarici borc artmayıb və hesab edirəm ki, ilin sonuna qədər azalmalıdır”, - deyə, dövlət başçısı əlavə edib.

pia.az 




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfər Mehdiyevi əvəz etməsi gözlənilən Azər Məmmədov kimdir?

Rusiyanı yox sayaraq Azərbaycanla birbaşa danışmaq istəyən Paşinyan indi hansı havanı çalır?

Gömrük Komitəsinin açıqlaması gülüşə səbəb oldu - Foto

Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Estetik əməliyyatın qurbanı olan məşhurlarımız - Fotolar

Rusiya nəşrindən etiraf: ““Qafqaz-2020” təlimlərində mesaj  Ankara və Bakıya ünvanlanmışdı”

DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev həbsdən buraxıldılar 

Məmur övladlarının milyonluq maşın kolleksiyası - Fotolar 

“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” - Elxan Şahinoğlu

Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir

"Mir Şahin Azərbaycanın bir nömrəli propaqandistidir" - Turan İbrahimov

Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu  - Sahil Babayev onu niyə işdən çıxarmışdı?..

loading...

Ən çox oxunanalar