Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov: “Valyuta məzənnəsi tam sabitdir"

Cari il martın əvvəlində koronavirusun dünya enerji bazarlarında törətdiyi şoklar yeni iqtisadi mənzərəni şərtləndirdi. Sizin müvafiq Sərəncamınızla ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli Tədbirlər Planının hazırlanmasına dair göstəriş verildi. Martın 31-də Sizin qəbulunuzda olarkən iqtisadiyyat üzrə işçi qrupun proqramı təqdim edildi. Sizin göstərişinizlə aprelin 4-də Baş Nazir tərəfindən müvafiq Tədbirlər Planı təsdiqləndi. Bu gün məruzə edə bilərəm ki, görülən işlərin nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub, büdcə gəlirləri yanvar-iyul dövründə tam icra edilib”.

PİA.az-ın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, valyuta məzənnəsi tam sabitdir: “Qiymətlərin sabitliyi, ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıb. Əmək müqavilələrinin sayı azalmayıb, sabit qalıb. Biz müəyyən artım müşahidə edirik. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin əməli maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib. Dövlətin investisiyaları, o cümlədən Siz vurğuladığınız kimi, sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunub və icra olunub. Səhiyyə sektorunun həm infrastrukturunun, həm də tibb personalın maddi rifahına əlavə vəsait ayrılmaqla qarşımızda duran bütün vəzifələr icra edilib. Eyni dövrdə dövlət borcu - nə xarici, nə daxili borc artmayıb. Bunlar hamısı, möhtərəm cənab Prezident, Sizin verdiyiniz göstərişlərin, təqdim etdiyiniz çərçivənin hesabına mümkün olub”.(Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar