Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əyyubluda Tovuz savaşının şəhidlərinə guşə yaradıldı – Fotolar

Tovuzun Əyyublu kənd ictimaiyyətinin və yerli İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə şəhidlərimizin xatirəsi əbədiləşdirilib.

Belə ki, erməni silahlı qüvvələrinin son təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olmuş şəhidlərimizdən üçünün Əyyublu kəndində guşəsi yaradılıb.

PİA.az xəbər verir ki, bundan əvvəl də I Qarabağ müharibəsində şəhid olanların Əyyubludakı abidələri abadlaşdırılmışdı, indisə Ağdam döyüşünün qəhrəmanlarının xatirəsi əbədiləşdirilib.

Belə ki, Əyyublu kənd parkında şəhid generalımız Polad Həşimovun, gizir İlqar Zeynallının və baş əsgər Elşad Məmmədovun stendləri hazırlanıb. Bu barədə saytımıza verilən xəbərdə deyilir ki, bu təşəbbüs kənd camaatı tərəfindən təqdirlə qarşılanıb, yüksək qiymətləndirilib.

Tovuz döyüşlərində fədakarlıq və igidlik göstərmiş, vətən üçün canlarını fəda etmiş şəhidlərimizə ehtiram kimi qiymətləndirilən bu guşələrin qoyulması həm də gənclərə, məktəblilərə bir nümunədir. Yeni nəsil erməni işğalçılarına qarşı döyüşmüş, Tovuzdan bir qarış verməyən şəhidlərini tanımalı, hər dəfə guşələri görəndə onlara örnək olmalıdır. Bu mənada atılan addım müsbət dəyərləndirilib.(Reportyor.info)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar