"Problemlərin həlli artıq iqtisadiyyatda deyil, siyasətdədir, idarəetmə sistemindədir, təbii inhisarların dərdi formasında deyil, məzmunundadır.
PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.
N.Cəfərli qeyd edib ki, xarici investora “lox” kimi baxmaqla sərmayə cəlb etmək mümkün deyil: "İnvestorlar üçün bir neçə vacib məsələ var:
1) Ölkənin ÜTT-yə üzv olması, 2) Məmləkərin Avropa Birliyi ilə saziş bağlaması, 3) Ədalətli və azad məhkəmə sistemi, 4) Öz çərçivəsindən çıxmayan hüquq-mühafizə orqanları və tez-tez dəyişməyən vergi və gömrük qaydaları, 5) İnvestora yönəlik təşviq addımlar. Bunun üçün isə siyasi islahatlar lazımdır, iqtisadiyyata atılan hər hansı bir addım bərbad idarəetmə sisteminə dəyərək çilik-çilik olacaq, idarəetmənin baxışı, fəlsəfəsi dəyişməsə iqtisadi tədbirlərin effekti olmayacaq".(Pravda.az)
pia.az