Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada həkim tərəfindən satılıb - "Sabunçu" xəstəxanası ilə bağlı şok iddia

Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada satılıb?..

Azərbaycanda ana əkiz övlad dünyaya gətirdiyini və övladının birinin xəstəxanada başqa adama satıldığını iddia edir.

Şikayətçi Namazova Aytən iyulun 31-i 3 saylı Şəhər Klinik Xəstəxanasına doğuş üçün müraciət edib.

"Sabunçu" xəstəxanası kimi tanınan 3 № li Şəhər Klinik Xəstəxanasında yenicə ana olmuş Aytən Namazova uşağının oğurlandığını iddia edir.

Dominant.az-a danışan Aytən Namazovanın dediyinə görə, o, əkiz uşağa hamilə olsa da, həkimlər doğuş zamanı ona ancaq bir uşağın dünyaya gəldiyini bildiriblər:

“Hamiləliyimin 6 həftəsində həkimə getmişəm, hamilə olduğumu bilmirdim. USM müayinəsində həkim əkiz uşağa hamilə olduğumu deyib. Karantin müddətində həkimə çox gedib-gələ bilməsəm də, 3 dəfə USM müayinəsində olmuşam, hər üçündə də əkiz hamiləlik göstərib. 31 iyulda doğuş sancılarım tutub, təcili tibbi yardım çağırmışıq. Təcili tibbi yardım məni “Sabunçu” xəstəxanasına apardı, məni doğuşa Xatirə adlı həkim (soyadını xatırlamır - red.) götürdü. Doğuşdan öncə uşağın rək döyüntülərini yoxlamaq üçün qarnıma aparat qoşdular, əkiz uşaqların olduğuna əmin oldular. Sancım gücələnəndə isə məni doğuşa götürdülər, birinci uşağım dünyaya gələndə səsini eşidə bilmədim. Burnuma nəfəs aparatı qoşmuşdular, sanki çalışırdılar ki, uşağın səsini eşitməyim. Birinci uşaq dünyaya gələndən sonra burnuma qoşulmuş nəfəs aparatını çıxartdılar, birinci uşağın doğulduğunu soruşdum. Mənə dedilər ki, “yox, uşaq doğulmadı, böyük bayıra çıxdın”. 5-10 dəqiqədən sonra yenidən sancılar başladı və ikinci uşaq dünyaya gəldi. Dedilər ki, “qızın oldu, təbrik edirik””.

“Mən etiraz elədim ki, axı iki uşağa hamilə idim, dedilər ki, yox, elə bir uşaq idi, o bir uşaq da burdadı. Çaşıb qaldım, ilk dəfə deyildi, ana olurdum, mən dəqiq bildim ki, uşaq dünyaya gətirmişəm, böyük bayıra çıxmaq da nədir. Mənə orada nəsə dərman etdilər ki, özümdə olmayım, indi təsiri keçdikcə hər şeyi daha yaxşı xatırlayıram. Doğuş stolunda olanda məndən təkidlə soruşurdular ki, "evdə nəyin var", mən də evdə oğlumun olduğunu bildirdim. Onlar da bundan istifadə edib dünyaya gətirdiyim oğlanı aradan çıxartdılar, qızı mənə verdilər”, - deyə şikayətçi qeyd edib.

A.Namazovanın bildirdiyinə görə, bu barədə artıq hüquq-mühafizə orqanlarına məlumat verilib: “Polisə məlumat vermişik, ərizə yazmışıq. Uşağımı tələb edirəm, ölübsə, ölüsünü, sağdırsa, dirisini istəyirəm. Mən bu məsələnin araşdırılmasını və günahkar şəxslərin cəzalanmasını tələb edirəm. Xəstəxanaya çox gedib-gəlməyə imkanım olmayıb, bu, o demək deyil ki, mən uşağımı satıram. Belə hadisələrin mənim kimi başqalarının da başına gəlməməsi üçün günahkar şəxslər həbs olunmalıdır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, məsələ ilə bağlı onlara şikayət daxil olmayıb: "Qadının sosial şəbəkədə yazdığı postda da qeyd edildiyi kimi hüquq-mühafizə orqanlarına müraciət ediblər. Əgər iddia doğrudursa, yəqin ki, araşdırılar".

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev “Report”a bildirib ki, daxil olmuş iddialar üzrə toplanmış materillar rayon prokurorluğuna göndəriləcək.

pia.az


Etiket: körpə oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar