Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağ evlərinin qiymətləri “od tutub yanır”

Yay mövsümünün bitməsinə az vaxt qalmasına baxmayaraq, Bakıda və bölgələrdə kirayə qiymətləri yüksəkdir.

PİA.az Trend-ə istinadən xəbər verir ki, ötən illə müqayisədə bu il bağ evlərinin kirayə qiymətləri 2-3 dəfə artıb. Qiymət artımı ən çox Bakıda hiss olunur.

Tətbiq olunan karantin rejimi, rayonlara gediş-gəlişin məhdudlaşdırılması Bakıda istirahət etmək istəyənlərin bağ evlərinə tələbatını artırıb. Tələbatın artdığını görən əmlak sahibləri isə qiymətləri yüksəldirlər.

Hazırda Bakıda bağ evlərinin günlük kirayə qiymətləri ən ucuz 150-200 manatdan başlayır. Bağ evinin qiyməti evin yerləşdiyi əraziyə, hovuzun böyüklüyünə, avadanlıq təchizatına və dənizə yaxınlığına görə dəyişir.

Bağ evini aylıq kirayələmək istəyənlər isə daha çox xərc çəkməlidirlər. Bakıda bağ evlərinin aylıq ən ucuz kirayə qiymətləri 2 min manatdan başlayır və 14 mindən də yuxarı qiymətlərə də rast gəlmək olur.

Bölgələrdə isə Bakıya nisbətdə daha münasib qiymətlərə kirayə mənzil tapmaq mümkündür.

Ölkə əhalisinin ən çox üz tutduğu bölgələrimizdən olan Qəbələdə kirayə evlərin günlük qiyməti 100-300 manat arası təşkil edir. Daha yüksək qiymətə də evlər mövcuddur.

Qubada isə Qəbələ ilə müqayisədə qiymətlər daha ucuzdur, burada günü 50 manata da bağ evi tapmaq mümkündür. Digər istirahət üçün əlverişli bölgələrimizdə də qiymətlər bu civardadır.

Qeyd edək ki, kirayə bağ evlərində qiymətlər sövdələşmədən asılı olaraq da dəyişə bilir. Belə ki, ev sahibləri qalacağınız günün sayının çoxluğuna görə qiymətdə müəyyən qədər endirim də təklif edirlər.

pia.az

 


Etiket: Bağ evləri


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar