Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir

Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində telekonfrans formatında keçirilən növbəti kollegiya iclasında ölkə rəhbərliyinin bununla bağlı verdiyi tapşırıqların icrası vəziyyəti müzakirə edilib.

Dövlət Komitəsindən verilən məlumata görə, kollegiya iclasında bildirilib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 28-də açılışı olan 1336 mənzildən ibarət “Qobu park-3” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir: "Dövlətimizin başçısı məcburi köçkünlər üçün AbşeronSamux rayonları ərazisində salınan və hazırda tikintisi davam edən yaşayış komplekslərində tikinti işlərinin gedişi ilə şəxsən tanış olub.

Prezident İlham Əliyevin bu il 7 mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsinin təmin olunması barədə verdiyi tapşırıq icra edilir, tikinti obyektlərində işlər sürətlə aparılır.

Kollegiya iclasında komitənin Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlığın gedişi, məcburi köçkünlərə kommunal xidmətlərin göstərilməsi sahəsində mövcud vəziyyət, elektron xidmətlərin təkmilləşdirilməsi və digər məsələlər barədə müvafiq strukturların hesabatları dinlənilib. Müzakirə edilən məsələlər üzrə zəruri tədbirlər müəyyənləşdirilib, onların icrası üçün konkret tapşırıqlar verilib.

Eyni zamanda, mövcud karantin rejimində məcburi köçkünlərin hər bir müraciətinə xüsusi həssaslıq göstərilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, fiziki ünsiyyətin məhdudlaşdırılmasının zəruri olduğu indiki vəziyyətdə komitənin rəhbər işçilərinin audio-video formatda qəbulları davam etdiriləcəkdir".

pia.az


Etiket: “Qobu park-3"


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar