Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İpək yolu”nun Beyrut limanının partlaması kimi gücləndirəcək?

Türkiyə iki limanına diqqəti artırmalıdır...

Levent Yılmaz

“Yeni Şafak” qəzeti, Türkiyə, 06.08.2020-ci il

COVİD-19 pandemiyası bütün dünya gündəmini ələ aldığı bir vaxtda, Orta Şərqdə hadisələr getdikcə daha da gərginləşir. Hətta ABŞ-da seçkilərin yaxınlaşması ilə əlaqədar yeni güclü qarşıdurmaların yaranacağını da istisna etmək olmaz.

ABŞ-ın terror təşkilatları ilə əməkdaşlığına yeni bir nümunə

Xarici İşlər Nazirliyinin həftənin əvvəlində verdiyi bir şərhlə, Fransadan sonra bölgəmizdə qanunsuz ticarət edən ölkələrə yenisinin əlavə olunduğunu gördük. Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur: “Mətbuatda PKK – YPG terror təşkilatının rəhbərliyi altında “Suriya Demokratik Qüvvələri”nin ABŞ-da yerləşən “Delta Crescent Energy LLC” şirkəti ilə Suriyanın şimal-şərqində neft hasilatı, emalı və ticarəti üçün müqavilə bağladığı bildirilib”.

Bu, o deməkdir ki, ABŞ qanunlarına tabe olan və beynəlxalq əməliyyatları ABŞ-ın müvafiq orqanlarına hesabat verməklə mükəlləf olan bir ABŞ şirkətinin terrorizmin 40 il boyunca böyütdüyü PKK – YPG – SDG ilə neft hasilatı, emalı və ticarət müqaviləsi var.

Sözü çox uzatmadan, qısaca deyək ki, bu, terrorizmin birbaşa maliyyələşdirilməsidir. ABŞ-ın belə bir razılaşma üçün zəmin hazırlaması Birləşmiş Millətlər Konvensiyasına və NATO müqaviləsinə ziddir. Beynəlxalq qanunlara görə, cinayətdir. Xüsusi bir şirkət vasitəsi ilə bu işin mahiyyətini gizlətməyə çalışsalar da, söhbət bir xalqın milli sərvəti sayılan neftdən gedir. Qeyri-qanuni olaraq çıxarılacaq və satılacaq bu neft “oğurlanmış əmlak” sayılır və nəinki onu çıxaran və satan, həm də satın alan şirkətlər və ölkələr bu cinayətdə əlbir hesab olunur.

Beyrut limanında baş verən partlayışın yaratdığı düşüncələr

Beyrut Limanında baş verən partlayışla bir çox suallar və sui-qəsd nəzəriyyələri ağla gəlməyə başladı. Bu partlayışın səhlənkarlıq və ya bir hücum olmasına baxmayaraq, göstərməli və diqqət etməli olduğumuz çox vacib məsələlər var. Beyrut Limanının tarixi miladdan öncə XV əsrə aiddir. Beyrut o vaxtdan bəri bölgənin ən vacib ticarət və iqtisadi mərkəzlərindən biridir. Liman üzərindən Beyrut limanı və Beyrut şəhəri, Fars körfəzi, İraq, İordaniya və Suriyaya çox əhəmiyyətli bir qapıdır.

Coğrafi kəşflərdən bəri tarixi İpək Yolunun ən vacib nöqtələrindən biridir. Hətta Çinin yeni layihəsi olan “Bir kəmər,bir yol” layihəsi üçün də kritikdir.

1990-cı ildə vətəndaş müharibəsindən sonra modernləşdirilmiş və genişləndirilmiş bu liman, bütün son qarışıqlıqlara və qarşıdurmalara baxmayaraq, ticari və iqtisadi əhəmiyyətini qoruyub. Ancaq hazırda istifadəyə yararsızdır və Livanın yaşadığı iqtisadi problemlərə baxsaq, həm texniki, həm də iqtisadi cəhətdən uzun müddət təmir edilməsi mümkün görünmür.

Bölgədəki digər əhəmiyyətli və böyük limanlar Hayfa, Latakiya və Mersindir. Suriyadakı vətəndaş müharibəsinin başlanmasından bu yana Latakiyadakı vəziyyətin o qədər də xoş olmadığı bilinən məsələdir. Digər tərəfdən, İsrail hökumətinin nəzarəti altında olan Hayfa limanından 29,5 milyon ton yük keçir. Aydındır ki, Beyrut Limanı istifadəyə yararsız hala düşdükdən sonra buradakı rəqəmlər artacaq.

Bölgədəki digər kritik nöqtə Mərsin Limanıdır. Son hadisələr göstərir ki, Türkiyənin Mersin və İskəndərun limanlarının təhlükəsizliyinə çox ciddi diqqət ayırmalıdır.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar