Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

Koronavrus pandemiyası təkcə insanların immunitetini yox, həm də ölkələrin iqtisadi dayanıqlığını sınağa çəkdi. Bu sınaqdan az itki ilə çıxmaq üçün Azərbaycan dövləti də öz imkanlarını yenidən təhlil edir, paralellər aparır. Və bəlli olur ki, bəzi dövlət qurumları hələ pandemiyaya qədər dövlət üçün ağır yükə çevrlib. Həmin qurumlardan biri də AZAL-dır.

 
Qeyd edək ki, AZAL hava nəqliyyatında inhisarçı bir qurumdur. Bəs elə isə nəyə görə bütün xərcləri dövlət tərəfindən ödənilən inhisarçı bir qurum ziyanla işləyir?!… Bunu öyrənmək üçün ilkin olaraq Dövlət Statistika Komitəsinin elektron məlumat bazasına daxil olduq.

Öyrəndiklərimiz bizi xeyli təəccübləndirdi. Belə ki, son 3 ilin statistikası göstərir ki, AZAL əməlli-başlı çökdürülüb. Dövlət üçün əlavə yükə çevrilib.

Məsələn, 2016-cı ildə hava nəqliyyatı ilə daşımalara dövlət tərəfindən 975 milyon 35 min manat vəsait xərclənib. Əvəzində isə 1 milyard 53 milyon 949 min manat gəlir əldə olunub. Cəmi 90 milyon manat mənfəət.

Azdır təbii ki… Amma bu AZAL-ın ən son uğurlu göstəricisidir. Növbəti ildə nə baş verirsə, birdən-birə qurumun gəlirləri əriyir (daha doğrusu əridilir). Gəlirlərin azalması bir yana, xərclər də sürətlə artır (və yaxud şişirdilir). Belə ki, 2017-ci ildə dövlət tərəfindən hava nəqliyyatına 1 milyard 626 milyon 498 min manat vəsait xərclənir. Əvəzində isə 1 milyard 647 milyon 341 min manat gəlir əldə edir. Vur-tut 21 milyon manat mənfəət.

Növbəti ildə isə maya gəliri yeyir. Belə ki, 2018-ci ildə AZAL-a 2 milyard 187 milyon 832 min manat dövlət vəsaiti ayrılıb. Əvəzində isə həmən il AZAL 2 milyard 66 milyon 918 min manat qazanc edib. Beləcə, qurum 2018-ci ili 121 milyon manat ziyanla başa vurub.(!)

Qəribə burasıdır ki, 2018-ci ildə ölkəmizin sosial-iqtisadi həyatında elə bir fövqəladə dəyişiklik, infilyasiya olmayıb. Bəs elə isə bu ziyan hardan qaynaqlanır? Hələ onu demirik ki, son iki il ərzində AZAL-ın xərcləri birdən-birə 100 faiz artır. Xərclərdəki bu qədər sıçrayışınsa heç bir iqtisadi əsası yoxdur. Bu sadəcə gəlirlərin mənimsənilməsi ilə izah edilə bilər. Bunun başqa izahı yoxdur. Çünki son illərdə istər yük, istərsə də sərnişin daşımasında dinamika qeydə alınıb.

Belə ki, 2016-cı ildə hava nəqliyyatı ilə 160 min ton yük, 3 milyon 549 milyon sərnişin daşındığı halda 2017-ci ildə AZAL 173 min ton yük, 5 milyon 601 min sərnişin daşıyıb. 2018-ci ildə isə hava nəqliyyatı ilə 208 ton yük, 5 milyon 199 min sərnişin daşınıb. Göründüyü kimi, iki il ərzində yük daşımalarında 25 faiz, sərnişindaşımada isə təxminən 30 faiz artım qeydə alınıb. Amma AZAL "ziyana düşür”.

Azərbaycan Hava Yolları QSC maddi-texniki bazasının imkanlarına və müasirliyinə görə regionun ən öndə gedən aviaşirkətidir. Üstəlik AZAL-ın təqdim etdiyi qiymətlərlə qonşu dövlətlərin aviaşirkətlərinin daşıma qiymətləri arasında yerlə-göy qədər fərq var. Məsələn, Bakıdan Londona gediş və qayıdış üçün biznes-klass paketində AZAL 1 nəfər üçün 3 643 manat, ekonom-klassda isə 1269 manat təklif edir. Tiflisdən isə bu sifarişi "Georgian Airways” cəmi 640 manata yerinə yetirir. Fərq 6 və 2 dəfə yüksəkdir…

Və yaxud Bakıdan-Barselonaya (İspaniya) bir nəfərin biznes-klassda gediş və gəlişi üçün AZAL 2 min 606, ekonom-klassda isə 1063 manat təklif etdiyi halda, "Georgian Airways” bunun üçün cəmi 604 manat tələb edir. Qiymət fərqi yenə də 4 və 2 dəfə yuxarıdır.

Maraqlıdır, AZAL-da biletlərin qiyməti nəyə görə bu qədər yüksəkdir? Ümumiyyətlə, AZAL qiymətləndirməni hansı metodologiya ilə aparır? Bu qədər qiymət fərqi müqabilində bəs nəyə görə AZAL ziyanla işləyir? Deməli, AZAL-ın ziyanla "işləməsinin” özəl səbəbləri var. Amma bu "səbəblər” Azərbaycan dövlətini içindən yeyib, parçalayır.

Əslində AZAL aysberqinin görünən bəzi tərəfləri var. Məsələn, bu gün daşımaları birbaşa özü yox, özəl bir şirkət aparır. Bu , "Silk Way Holding” şirkətlər qrupudur. Holdinqə isə bir-neçə şirkət daxildir. Bunlar "Silkway Airlines” MMC, "Silkway Business Aviation” MMC, və eləcə də 2011-ci ildə yaranmaqla dərhal təbii inhisarçıya çevrilən "VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-dir. Bu şirkətlər AZAL-ın Bakı, Gəncə və başqa şəhərlərdəki yüz milyonlarla dollar dövlət sərmayəsi hesabına başa gələn infrastrukturundan pulsuz-parasız istifadə edir. Özəl şirkətlər AZAL-a göstərdikləri xidmətin qiymətini qaldırır, AZAL isə balansında olan aktivlərdən həmin şirkətlərin istifadə edilməsini qarşılıqlı hesablaşmalarda nəzərə almır. Bu isə milyardların mənimsənilməsi üçün geniş imkanlar yaradır. Amma bu AZAL da həyata keçirilən böyük maliyyə maxinasiyasının bir hissəsidir. (Konkret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar