Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir avqustda 190 manat verilməsinin detallarını açıqladı

Sahil Babayev: “190 manata ehtiyacı olan şəxs nədən aylıq 250 manatlıq maaşla iş istəməsin ki?”

Avqustun 7-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezidentin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı tapşırıqlarına həsr edilən mətbuat konfransı keçirdi. “Yeni Müsavat” xəbər verir ki, nazir əvvəlcə pandemiya dövründə işsiz qalan vətəndaşlara verilən 190 manatlıq yardımdan söz açdı.

S.Babayev  bildirdi ki, karantin dövründə işsiz, günəmuzd 600 min nəfərə dövlət tərəfindən 190 manat ödənilib. Onun sözlərinə görə, prezident tapşırıq verib, 13 rayon və şəhər üzrə təkrar yoxlamadan sonra vətəndaşlar yenidən yardım alacaq. Nazir dedi ki, bu dəstək üçün dövlət tərəfindən ümumilikdə 333 milyon manat ayrılıb.

Sahil Babayev məlumat verdi ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək. Bildirdi ki, bir həftə, uzağı 10 gün ərzində avqust ayına görə 190 manat yardımlar verilməyə başlanacaq: “190 manatlıq ödənişin əsas kriteriyaları o idi ki, işsiz şəxslər və gəlirini itirənlərə dəstək verilsin. Lakin bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Biz demirik ki, yüksək ixtisaslı, peşəkar şəxslər ictimai işlərə cəlb olunsun”.

Nazir vurğuladı ki, son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib: “Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?”

Nazir məlumat verdi ki, ilk 190 manatlıq birdəfəlik ödəmədən sonra ölkə üzrə təxminən 13 min insanın yenidən bu məbləği alması dayandırılıb. Buna səbəb əlavə gəlir mənbələrinin aşkar edilməsidir.

“Sosial şəbəkələrdə barəsində məlumat yayılan, əlavə gəlir mənbələri aşkar edilən 13 min nəfərə 190 manat verilməsi dayandırılıb”
“Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu, onların haqqı idi. Ancaq növbəti aylarda bu dəstək dayandırıldı”, - deyə S.Babayev vurğuladı.

ƏƏSMN rəhbəri əlavə etdi ki, işsizlikdən sığorta ödənişlərinin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə müzakirə olunur. Onun sözlərinə görə, layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək. Nazir 65 yaşdan yuxarı vətəndaşlara və əlilliyi olanlara xidmətin davam etdirilməsinə toxundu. Qeyd etdi ki, pandemiya dövründə 200 min ərzaq nazirlik tərəfindən ehtiyacı olanlara paylanıb.

O, bütövlükdə pandemiya dövründə Azərbaycan xalqının həmrəylik nümayiş etdirdiyini açıqladı. Bundan başqa, anons etdi ki, məşğulluq xəritəsi hazırlanır, hər regionun əmək qüvvəsinə ehtiyacı analiz ediləcək. Nazir bildirdi ki, 6 ay ərzində 2 milyon insana pensiya və təqaüdlər ödənilib, pandemiya dövrü olsa da, əvvəlki dövrlə müqayisədə bu, 27 faiz artım deməkdir.

S.Babayev dedi, bu, dövlətin sosialyönümlü siyasətinin nəticəsidir: “Azərbaycanda pensiyaçılarımızın yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik. Bu da birbaşa əməkhaqqı bazarından asılıdır. Əmək haqları tam leqallaşmalıdır. Onlardan toplanan sosial sığorta haqlarını vətəndaşlarımıza pensiya olaraq ödəməliyik. Bundan başqa, 6 ay ərzində ölkədə 60 minə yaxın vətəndaş hər hansı idarəyə getmədən müavinət və pensiyanın təyinatını alıb. Vətəndaşların məmurlarla təmasda olması, idarələrə getməsi bizim işimizi çətinləşdirirdi. Pandemiya dövründə bu, yoluxmaları da artıra bilərdi. Həmçinin 320 min insan elektron şəkildə arayışlarını alıb. İlin sonuna qədər 4 müavinət növü də elektronlaşdırılacaq”.

S.Babayev onu da dedi ki, növbəti ilin sonuna kimi 132 xidmətdən 90-nı tam elektronlaşdırılacaq: “İlin sonuna kimi Binəqədi və Nərimanov rayonunu əhatə edəcək Dost Mərkəzinin tikintisi yekunlaşacaq. Bu il ərzində həmçinin 8 reabilitasiya mərkəzi açılacaq”.

Nazir qeyd edib ki, ödənişlərin verilməsində şəffaflıq təmin olunub, həmin vətəndaşlar adbaad elektron bazada göstərilib.(Yeni Müsavat)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar