Yerli kütləvi informasiya vasitələrində Prezidentin Hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyevin nəvəsinin Rusiya Federasiyasının Moskva şəhərində yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumatlar yayılıb.
Musavat.com-un kiçik bir araşdırmasından sonra məlum olub ki, Prezidentin köməkçisinin nəvəsi hadisədə sərnişin qismində olub və həmin nəqliyyat vasitəsini idarə edən şəxsin də qanunla hər hansı təqsiri təsbit edilməyib.
Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan da yoxdur. Əldə etdiyimiz məlumata görə, hadisənin təqsirkarı Rusiya Federasiyasının vətəndaşı olub. Hüquq mühafizə orqanları da hadisəni törədən şəxsin məhz həmin şəxs olduğunu müəyyənləşdirib. Məlum olub ki, Rusiya vətəndaşı idarə etdiyi maşın M.Əliyevin nəvəsinin də olduğu maşını arxa sol tərəfdən vurub.
pia.az