Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər arasında təşviş - Türkiyə bu ölkəyə müsəlman miqtant göndərir?..

“Bir Ermənistan” Partiyasının sədri: “Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”...

“Bir Ermənistan” Partiyasının sədri Artur Kazinyan “Facebook” səhifəsində işğalçı ölkənin Diaspor İşləri üzrə Müvəkkili Zare Sinanyanın Ermənistanın ərəblər və assuriyalılar tərəfindən məskunlaşması ilə bağlı verdiyi bəyanata sərt münasibət bildirib.

Bu haqda erməni mediası məluamat yayıb.

ABŞ vətəndaşı olan Diaspor İşləri üzrə Müvəkkilinin Ermənistanın ərəblər və assuriyalılar tərəfindən məskunlaşması ilə bağlı verdiyi açıqlaması böyük rezonans doğurdu.

Çoxları böyük həyəcan içindədir: nə baş verir, niyə genişmiqyaslı repatriasiya proqramı üzərində işləyən ABŞ vətəndaşı Ermənistanın ərəblər və assuriyalılar üçün vətən olmasına qərar verdi...” – erməni partiya liderinin bəyanatında belə deyilir.

“Bu, son dərəcə təhlükəli açıqlamanın çox sadə bir izahı var:

Ermənistan əhalisinin 98% -i ermənidir. Bu, bütün dünyada nadir bir haldır və Ermənistan yəqin ki, son 30 ildə qlobalistlər üçün böyük problem olan və bütün qlobalist inqilabçılara, həm də onların sahiblərinə və sifarişçilərinə həddindən artıq narahatlıq verən kütləvi miqrant axını olmadığı yeganə ölkədir.

Ermənistana kütləvi miqrasiya zəruridir və arzu olunur ki, bu miqrasiya Asiya ölkələrindən, daha doğrusu, bu ölkələrin Ermənistanda daimi məskunlaşması millətlərarası və dinlərarası ziddiyyətlər və daxili qarşıdurmaların yaranması yolu ilə xarici idarəetmə və effektiv təsir sistemi formalaşdırmaq üçün əlverişli mühit yaradacaq müsəlman əhalisindən olsun”- deyən A. Kazinyan Ermənistanın monoetnik və irqçi bir qurum olduğunu etiraf edərək 2018-ci il Paşinyan inqilabını xatırladır. 

“Yadınızdadırsa, rəngli inqilabdan sonra Yerevan küçələrində sayı 50 minə çatan qəribə görünüşlü və anlaşılmaz bir dildə danışan insanlar meydana çıxdı. Bir çoxumuz onların belə qısa müddətdə Ermənistana haradan və necə gəldiklərinə təəccübləndi. Biz onları şərti olaraq "hindular" adlandırırıq, amma onlar Hindistan deyil, bu gün Türkiyənin ən yaxın müttəfiqi olan Ermənistanı tanımayan müxtəlif müsəlman ölkələrindən, o cümlədən Pakistandan gəlmişlər...

İdarə olunan miqrasiya inkişaf üçün geniş imkanlar təmin edir, lakin bu, yalnız səmərəli fəaliyyət göstərən təhlükəsizlik xidmətləri, inkişaf etmiş bir strategiya və məsuliyyətli bir hökumət şəraitində edilə bilər. Bütün digər hallarda xaotik miqrasiya təhlükəsizlik üçün ən ciddi təhdiddir və Türkiyənin göstərişi ilə Ermənistana girən pakistanlıların terror və təxribat hərəkətləri ilə ölkəni daxildən nə vaxt və necə partladacağını bilmirik...

Diasporla İş üzrə Müvəkkil və onu müzakirə edən və kömək edən xarici agentlik şəbəkəsi, missiyalarının sonuna yaxın birtərəfli bir biletlə Ermənistanı tərk edərək həqiqi vətənlərinə qayıdacaq və ya müəyyən bir dövlətdə siyasi sığınacaq alacaq - bizi özlərinin yaratdığı kabusun ağır yükü altında qalmaq məcburiyyətində qoyacaq” – deyən erməni siyasətçi işğalçı  ölkəsinin siyasi dairələrində Türkiyə və Pakistan amilindən nə qədər ehtiyat olunduğunu ifadə edir. (moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar