Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyinin rəhbərliyi Çingiz Məmmədovun vəfat etməsi ilə bağlı başsağlığı verdi

Müdafiə Nazirliyi general-leytenant Çingiz Məmmədovun vəfat etməsi ilə bağlı başsağlığı verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusuna ağır itki üz verib.

Uzun sürən xəstəlikdən sonra istefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu 2020-ci il avqust ayının 9-da vəfat edib.

Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub.

1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.

1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb.

Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.

İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

ALLAH rəhmət eləsin!

Müdafiə naziri general-polkovnik Zakir Həsənov

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov

general-polkovnik Kərəm Mustafayev

general-leytenant Kərim Vəliyev

general-leytenant Ramiz Tahirov

general-leytenant Nizam Osmanov

pia.az 


Etiket: Nazirlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar