Çərşənbə, 23 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Beyrutu viran qoyan "bomba" “Hizbullah”ın anbarında olub

Bir neçə gün əvvəl Beyrut limanında baş vermiş və Livan paytaxtını viran qoymuş partlayışın arxasında “Hizbullah”ın dayandığına dair yeni versiyalar irəli sürülür.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Livanın keçmiş ədliyyə naziri Aştaf Rifi Beyrut limanında tonlarla ammonium nitrat kübrəsinin saxlanıldığı anbarın “Hizbullah”a məxsus olduğunu açıqlayıb.

“Anbar “Hizbuullah”a məxsus olub, həmin təşkilat limanın bütün perimetri boyu təhlükəsizliyi təmin edib”,-Rifi bildirib.

İsrail ordusunun keçmiş Baş qərargah rəisi və keçmiş müdafiə naziri Moşe Yalon isə deyib ki, fəlakətin səbəbi “Hizbullah”ın Beyrut limanındakı silah anbarında baş vermiş partlayışdır. “Limana “Hizbullah” nəzarət edir, heç nə onun icazəsi olmadan baş vermir”,-o bildirib.

Altı il əvvəl göyərtəsində daşıdığı ammonim nitrat kübrəsinin müsadirə olunduğu “Rhosus” gəmisinin keçmiş kapitanı Boris Prokoşev də kübrənin öz-özünə partlamadığını deyir. “Hansısa xarici səbəb olub, ola bilsin qığılcım düşüb, ola bilsin yanğın olub, partlayıcı qurğu işə düşüb. Hansısa xarici detonator olub. Kübrə hermetik kisələrdə idi, ora hava keçməsi mümkün deyildi. Hər kisə bir ton idi, cəmi 2750 kisə vardı”,-keçmiş kapitan bildirib.

“Rhosus” quru yük gəmisi Gürcüstanın Batumi limanından Mozambik sahillərinə 2013-cü ildə yola düşüb. Yolda kapitan Beyrut limanına daxil olmaq qərarı verib, amma limanda yerli hakimiyyət gəmini yoxlayıb və ona həbs qoyub. Daha sonra kübrə yükünü müsadirə edib. Gəmi saxlanılandan sonra dənizçilərin bir hissəsi evlərinə qayıda bilib, amma kapitan, baş mexanik, üçüncü mexanik və bosman gəmidə qalıblar.

Prokoşev deyib ki, Liman hakimiyyəti qalan dənizçilərə limanı və ölkəni tərk etməyə icazə verirdi, əvəzində onlardan “gəmiyə pulsuz baxmağı” istəmişdi. Nəticədə dənizçilər gəmidə yaşayıblar, onlara ərzağı və zəruri malları gəmi sahibi tərəfindən tutulmuş livanlı agent çatdırıb. Gəminin sahibi isə hazırda Kiprdə yaşayan rusiyalı İqor Qreçuşkindir. Keçmiş kapitan deyir ki, həmin şəxs gəmini atıb, amma onu məcbur ediblər ki, heyət üzvlərini təmin etsin. Dənizçilər gəmini bir il sonra tərk edə biliblər, kübrəni isə boşaldıb anbara yığıblar. Gəmi isə 2018-ci ildə Beyrut limanında batıb.

Xatırladaq ki, Beyrutda az qala nüvə bombası gücündə partlayış yüzlərlə adamın həlak olmasına, şəhərin xarabalığa çevrilməsinə səbəb olub. Partlayışdan sonra livanlılar küçələrə çıxıblar və məmurların məsuliyyətə cəlb edilməsini tələb edirlər.

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Adil Əliyevdən Ramiz Mehdiyevə: “Çoxsaylı adam oğurluqlarının və qətllərin arxasından mən yox, siz çıxdınız”  

Vasif Talıbovun övladları Bilgəhdə 30 minə 110 sot torpaq alıblar - Şeyxin qudasından

Azərbaycanda toyların bərpası dəqiqləşdi - Şadlıq saraylarından açıqlama

Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

Lotu Qulinin qardaşı hücuma keçdi: Kriminal aləmdə iki "qoçu"nun başı bir qazanda qaynayacaqmı?

Azərbaycanda nişanlı qız intim görüntüsü ilə şantaj olunur - Fotofakt

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinat

“Səfərbərlik şousu” düzəldən məmur övladları da hərbi təlimlərə çağırılıb?..

loading...

Ən çox oxunanalar