Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusda seçicilərin 79%-i seçkilərdə iştirak edib

Yerli vaxtla saat 18:00-a olan məlumata görə, Belarusda prezident seçkilərində seçici iştirakı 79% təşkil edib.

Bu barədə “Belarus-1” telekanalının efirində ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

"Seçkilər günü özünün məntiqi sonluğuna yaxınlaşır. Saat 18:00-da seçkilərdə artıq 79% seçici iştirak etdi. Əlbəttə, bu 18 saatda çox böyük rəqəmdir. Çox vilayətlər artıq 80% sərhədi keçdi - faktiki olaraq, bütün vilayətlər, Minskdən və Minsk şəhərindən başqa", - Yermoşina bildirib.

Qeyd edək ki, ölkə ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. 36 ölkədə yaşayan Belarus vətəndaşları isə 44 məntəqədə səs verir. İyulun 14-də Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliyini qeydə alıb.(report)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar